Səməd Qurbanov: "Bugün "Nefçi"nin əsas tapşırığı kuboku qazanmaqdır" - RƏY
Rüstəm Qasımov
""Nefti" meydana ancaq qələbə üçün çıxacaq!"
25 mayda Tofiq Bəhramaov adına respublika stadionunda Azərbaycan kuboku uğrunda "Neftçi" və "Qarabağ" futbol klubları üz-üzə gələcəklər. Bu vacib matçdan əvvəl ANN.Az portalı veteran futbolçu, "Neftçi"nin müşahidə şurasının üzvü Səməd Qurbanovla söhbətləşib.
- Səməd müəllim, "Neftçi"nin qarşıdakı oyunu ilə bağlı fikirləriniz necədir?
- Artıq ikinci ildir ki, "Neftçi" Azərbaycan kuboku uğrunda matçda "Qarabağ"la üz-üzə gəlir. Təəssüf ki, biz keçən il Ağdam klubuna məğlub olmuşduq. Üstəlik, bu il də vəziyyət bizim istədiyimiz kimi deyil. Biz xallar itirmişik, çox vacib sınaqlardan keçmişik, ancaq nəticədə ölkə kubokunun finalına qədər gəlib çıxmışıq. Ona görə də bu gün "Neftçi"nin əsas öhdəliyi kuboku qazanmaqdır, bu hər zaman klubu dəstəkləyən azarkeşlərimiz üçün də böyük bir hədiyyə olardı.
- "Neftçi" üçün bu matçı qazanmaq nə qədər vacibdir?
- Çox vacibdir! Təəssüf ki, biz ölkə liqasının ilk üçlüyündə yer ala bilmədik, ancaq kubokdakı qələbə bu mövsüm ərzində qarşımıza çıxan uğursuzluqları və çətinlikləri unutmaqda bizə yardım göstərəcək. Bugün həm futbolçular, həm də Çingiz Abdullayevin rəhbərlik etdiyi müşahidəçilər şurası ancaq "Neftçi"nin qələbəsi barədə düşünür. Bu qələbə bizə heç vaxt olmadığı qədər vacibdir. Fikirləşirəm ki, tanrının köməkliyi ilə bu matçı qazana və kuboku götürə biləcəyik.
- "Neftçi" belə vacib oyun üçün hazırdırmı?
- Əlbəttə! Komanda emosional və motivasiya cəhətdən tam hazırdır. Bakı "İnter"inə qarşı sonuncu matçda "Neftçi"nin heyətində 10 gənc azərbaycanlı futbolçu vardı. Bizim futbolçularımız yaxşı motivasiyalıdırlar, yeni qələbələr üçün ac və ambisiyalıdırlar. Komandadakı ovqat müsbətdir, bu isə bizi sevindirməyə bilməz. Fikirləşirəm ki, 2016-cı il əfsanəvi klub olan "Neftçi" üçün kubokun qazanılması ilə əlamətdar olacaq. Biz belə vacib zəfəri qazanmaq inkanını əldən buraxmamalıyıq.
- Sonda oyunla bağlı proqnozunuzu bilmək maraqlı olardı?
- Əsas olan, bizim bir oyundan minimal hesabla da olsa, qalibiyyətlə ayrılmağımızdır. Əminəm ki, bizi gözəl, baxımlı və dinamik oyun gözləyir. Düşünürəm ki, bizim tərəfimizdə təkcə qələbə yox, doğma divarlar da olacaq, axı bu oyun Tofiq Bəhramov adına stadionda keçiriləcək, bu meydan isə "Neftçi"nin doğma arenasıdır. Bizim komandamız meydana ancaq qələbə üçün çıxacaq!
www.ann.az