• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Zaur Qəhrəmanov: "Əgər "Neftçi" "Qarabağ"a qalib gəlsə..." - RƏY

Zaur Qəhrəmanov:
20.05.2016 18:40


Rüstəm Qasımov

Mayın 25-də Tofiq Bəhrəmov adına respublika stadionunda Azərbaycan kuboku uğrunda final matçında "Nefçi" və "Qarabağ" futbol klubları üz-üzə gələcəklər. Belə əhəmiyyətli oyun öncəsi ANN.Az xəbər portalı "SOCAR Turkey Energy"nin icraçı direktoru və "Neftçi" futbol klubunun Müşahidəçilər şurasının üzvü Zaur Qəhrəmanovla söhbətləşib:

- Zaur müəllim, qarşıdakı oyun barədə fikriniz necədir? 

- Bizi maraqlı oyun gözləyir, gənclik təcrübəylə üzləşəcək. Əlbəttə, biz sevimli "Neftçi"mizin qələbə qazanacağına ümid edirik, onlar artıq bu mövsüm "Qarabağ"ı məğlub edə biliblər. İnanıram ki, qarşıdakı oyun maraqlı keçəcək və Bakı klubunun futbolçuları gücünü göstərib, bu mövsum bizim üçün çox vacib olan oyunda öz sözlərini deyəcəklər. 

- Bu görüşdə qalib gəlmək "Neftçi" üçün nə qədər əhəmiyyətlidir?

- Kubokda qalib gəlmək hər zaman vacibdir, axı bu, respublikada ikinci ən vacib turnirdir. Bu titul bizə Avroliqada çıxış etmək imkanı verir. Hərçənd bunu liqada da gerçəkləşdirə bilərdik. Bu Kuboku qazanmaqla biz mövsümü rəngarəng etmək və azarkeşlərimizə bayram sevinci yaşatmaq istəyirik. Komandada islahatlar aparanda biz əvvəlcədən bilirdik ki, çətin olacaq, ancaq səmimi desəm, ölkə Kubokunda çıxış etməyimizin özü belə komanda üçün böyük uğurdur, əgər "Neftçi" "Qarabağ"a qalib gəlsə, əla olacaq!

- Sizcə, "Neftçi"nin şansları nə qədərdir? 

- 50-50. Biz bu mövsüm "Qarabağ", "Qəbələ", "İnter" və "Kəpəz"ə qalib gəlməyə müvəffəq olmuşuq, bu klublar premyer liqada turnir cədvəlinin zirvəsində qərarlaşıblar. Bu onu deməyə əsas verir ki, komandamızın heyəti gənc futbolçulardan ibarət olsa da, potensial olduqca böyükdür. Bundan əlavə, ölkə kubokunun xüsusi əhəmiyyəti var və bunun üçün xüsusi motivasiyaya ehtiyac yoxdur, bütün fubolçular bu oyunun və qələbənin əhəmiyyətini yaxşı başa düşürlər!

- Sonda bilmək istərdik ki, sizcə, oyunda hesab necə olacaq? 

- Mən proqnozdan uzaq durmaq istəyirəm, ancaq hesab edirəm ki, bir sıfır bizim xeyrimizə (gülür). 
 



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Doktor Ziya:
İdman 15:51
Doktor Ziya: "Mən xoş əməllərlə ardımda iz qoymaq istəyirəm" - MÜSAHİBƏ
Rio-de-Janeyro – “Zombilər məskəni” - KÖŞƏ
İdman 17:19
Rio-de-Janeyro – “Zombilər məskəni” - KÖŞƏ
Göy məscid: İslam və dünya memarlığının dahiyəni obrazı - FOTOLAR
İdman 15:57
Göy məscid: İslam və dünya memarlığının dahiyəni obrazı - FOTOLAR
Bakı
İdman 14:21
Bakı "Formula1"dən bir gün sonra - FOTO
Bəhram Bağırzadə:
İdman 13:06
Bəhram Bağırzadə: "Bağırzadələr ailəsi artıq 4-cü nəsildir ki, təkcə bir kluba bağlıdır" - RƏY
Cəbrayıl Cəbrayılov:
İdman 12:42
Cəbrayıl Cəbrayılov: "Məncə, "Neftçi" uğurlu seriyasını bu dəfə də davam etdirəcək" - RƏY
Dmitri Kramarenko:
İdman 11:51
Dmitri Kramarenko: ""Neftçi"nin kuboku götürmək şansı var" - RƏY
Zaur Qəhrəmanov:
İdman 18:40
Zaur Qəhrəmanov: "Əgər "Neftçi" "Qarabağ"a qalib gəlsə..." - RƏY
Çingiz Abdullayev:
İdman 16:54
Çingiz Abdullayev: "Meydana 12-ci oyunçu kimi çıxmağa hazıram" - RƏY
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol