• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Şahmat Olimpiadasının açılışı Milli Gimnastika Arenasında keçiriləcək

Şahmat Olimpiadasının açılışı Milli Gimnastika Arenasında keçiriləcək
25.05.2016 09:12
Mayın 24-də "Baku Crystal Hall”-da bu il sentyabrın 1-dən 14-dək Azərbaycan paytaxtında baş tutacaq 42-ci Dünya Şahmat Olimpiadasının başlamasına 100 gün qalması şərəfinə mətbuat konfransı keçirilib.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətindən Oxu.Az-a daxil olan məlumata görə, mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, qarşıdakı Olimpiadanın Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov iştirak edib.

A.Rəhimov çıxışında bildirib ki, idman Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Qeyd olunub ki, yarışlarda 170-dən çox ölkədən nümayəndələrin iştirakı gözlənilir, bu da olimpiadanı ən böyük yarışma səviyyəsinə qaldırır. Bu fakt həm də ölkəmizin yenidən özünü nümayiş etdirmək imkanı qazanmasından və bütün dünyadan böyük sayda turisti özünə cəlb edəcəyindən xəbər verir.

Nazirin sözlərinə görə, Azərbaycanın böyük beynəlxalq tədbirlər, o cümlədən idman yarışları keçirmək təcrübəsi var. Bu baxımdan təşkilati məsələlərin həll üçün böyük işlər görülüb.

K.İlyumjinov çıxışında bildirdi ki, şahmat olimpiadası kəmiyyət və keyfiyyət komponentləri baxımından mühüm hadisə kimi tarixə düşəcək.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin sədri Mahir Məmmədov nəqliyyat, viza, təhlükəsizlik məsələlərinin müzakirə edildiyini və yüksək səviyyədə həllini tapacağını bildirib. M.Məmmədov həmçinin mötəbər yarışın təntənəli açılış mərasiminin Milli Gimnastika Arenasında olacağını söyləyib.
 











www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yaşıl Futbol Turu 2016 başa çatdı - FOTOLAR
İdman 14:09
Yaşıl Futbol Turu 2016 başa çatdı - FOTOLAR
Bakıda K-1 versiyası üzrә
İdman 13:37
Bakıda K-1 versiyası üzrә "FİGHT VİSİON 4" beynәlxalq yarışı keçirilәcәk - FOTOLAR
Dünyanı heyran qoyan idmançı - FOTOLAR
İdman 16:40
Dünyanı heyran qoyan idmançı - FOTOLAR
İlham Əliyev Şahmat Olimpiadasının açılışında  - YENİLƏNİB + FOTO
İdman 21:41
İlham Əliyev Şahmat Olimpiadasının açılışında - YENİLƏNİB + FOTO
Monqol məşqçiləri Olimpiadada etiraz olaraq soyundular – VİDEO
İdman 11:02
Monqol məşqçiləri Olimpiadada etiraz olaraq soyundular – VİDEO
İdmançılarımız Rio-de-Janeyroya yola düşdü - FOTOLAR
İdman 09:48
İdmançılarımız Rio-de-Janeyroya yola düşdü - FOTOLAR
Bakıda 6 bolid toqquşdu - FOTOLAR
İdman 14:05
Bakıda 6 bolid toqquşdu - FOTOLAR
Şahmat Olimpiadasının açılışı Milli Gimnastika Arenasında keçiriləcək
İdman 09:12
Şahmat Olimpiadasının açılışı Milli Gimnastika Arenasında keçiriləcək
“Qarabağ”ın çempionluq kuboku - FOTO
İdman 23:07
“Qarabağ”ın çempionluq kuboku - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol