• $
  • £

Fikrət Yusifov: Bu gün pul qazanmaq deyil, müştərilərin etimadını qazanmaq zamanıdır

Fikrət Yusifov: Bu gün pul qazanmaq deyil, müştərilərin etimadını qazanmaq zamanıdır
28.05.2020 22:35
Bu gün bank müştəri münasibətlərində qəribə bir mənzərə yaranıb. Banklar sanki özlərinin fəaliyyətinin  kökündə nəyin və kimin dayandığını unudublar.
 
Başa düşmək istəmirlər ki, onların fəaliyyəti bilavasitə müştərinin mövcudluğundan asılıdır. Bu səbəbdən müştərinin inamını öldürmək, özü oturduğu ağacın budağını kəsmək qədər təhlükəlidir. Bankların illərdir apardığı yanlış siyasətin nəticəsidir ki, bu gün həm onlar özləri və həm də onların müştəriləri xarici valyutada verilmiş milyardlarla manat kreditlərin girovuna çevriliblər. Manatın iki kəskin devalvasiyasından sonra bu kreditləri ödəməkdə aciz qalmış müştəriyə, "krediti də, onun faizini də, ödəməlisən, gecikməyə yol verərsənsə hələ sənə cərimə də hesablanacaq” kimi bir yanaşım heç bir ölçüyə sığışmır. Banklar yaranmış vəziyyətdən maksimum az itki ilə çıxmaq xatirinə müştərilərə qarşı amansiz mübarizə yolu seçiblər.
 
Bu itki əslində onları ziyana aparan itki deyil. Onlar sadəcə olaraq nə yolla olur olsun kreditləri verdikləri zaman nəzərdə tutduqları mənfəəti əldə etməyə çalışırlar. Bir sözlə, yaranmış durumda müştərilərə real ola biləcək güzəştlər barəsində düşünmək belə istəmirlər. Əvəzində xarici valyutada aldıqları kreditləri ödəmək üçün manat yükü iki dəfə artmış müştəridən maksimum yararlanmaq yolunu seçiblər. Bu isə yaralanıb xeyli qan itirmiş bir insana yardım etmək əvəzinə, onun  damarlarından faiz və cərimə adı altında əlavə qan almağa bənzəyir. Bankın öz müştərisini bu qaydada ayaqlaması ola bilsin ki, ona bu gün müəyyən mənfəət gətirəcək, ancaq sabahı düşünmək gərəkdir. Müştərinin inamını sındırmaq asandır, lakin onu bərpa etmək çətin və uzun bir prossesdir.  Bankların müştərilərlə sərgilədiyi bu münasibət artıq cəmiyyətdə hər kəsə bəllidir. Bu vəziyyəti hansı qurumlar nizamlamağa borcludurlar? Yaranmış vəziyyətin tənzimlənməsi üçün öncə Mərkəzi Bank, sonradan isə Maliyyə Bazarlarına Nəzarət Palatası tam səriştəsizlik nümayiş etdirdi. Bu iki qurumun rəhbərliyi dayanıb gözləyirlər ki, onların yerinə bu məsələni ölkə Prezidenti həll edəcəkdir. Cənablar Prezidentin qayğıları kifayət qədərdir. O, bu gün bizim üçün Qarabağ kimi yaralı bir məsələmizin həlli ilə məşğuldur. Xarici valyutada olan kreditlərin məzənnə fərqi problemini isə yanlış pul-kredit siyasəti aparıb vətəndaşlara bu kreditlərin zorla xarici valyutada verilməsinə şərait yaratmış, etdikləri yanlışlıqlara rəğmən cəmiyyətdə nüfuzunu tam itirmiş Mərkəzi Bankın rəhbərliyi və bu günlərdə yetərincə səlahiyyətlər alıb, lakin onları istifadə etməkdə acizlik nümayiş etdirən Nəzarət Palatasının rəhbərliyi həll etməlidir. Bu problemin həllinə bu gün üz çevirməyən və bunun qarşılığında "özəl bir qurumun işinə heç kim müdaxilə edə bilməz” kimi primitiv bir düşüncə tərzi sərgiləyən banklara münasibətdə isə bir başqa yanaşım edilməlidir. Düşünürəm ki, "ipə-sapa” yatmayan bu bankları  zamanilə müştərilərə seçim qoymayaraq kreditləri zorla xarici valyutada götürməyə məcbur etdikləri üçün məhkəməyə vermək lazımdır. Məhkəmələr isə Konstitusiyanın tələblərini pozaraq müştərinin manatla kredit almaq istəyinin əvəzində ona krediti yalnız xarici valyutada verən bankların rəhbərlikləri və onların aidiyyatı işçiləri barəsində lazımı ölçü götürməlidirlər. Bax onda banklar başa düşəcəklər ki, onlar dövlət içində dövlət ola bilməzlər! Bu dövlətin vətəndaşlarına qarşı belə haqsızlıq etmək olmaz! Bu dövlət onların dəstəkçisidir və o bunun belə olduğunu dəfələrlə sübut edib. Nəhayət, banklar başa düşəcək ki, onlara çətin məqamlarda yardımçı olan dövlət, öz vətəndaşlarına bundan artıq yardımçıdır. O indi sadəcə olaraq, hələ ki, bankların davranışını müşahidə edir... 
 
Fikrət Yusifov "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor 



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi- CƏDVƏL
İqtisadiyyat 17:34
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi- CƏDVƏL
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə6%-dək endirim
İqtisadiyyat 16:33
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə6%-dək endirim
Cəlilababdda 5 mindən çox abonent hələ də qazsız qalıb - deputat
İqtisadiyyat 15:08
Cəlilababdda 5 mindən çox abonent hələ də qazsız qalıb - deputat
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
İqtisadiyyat 15:01
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir
İqtisadiyyat 12:52
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir
ABB-dən 200 000 manata qədər təmir krediti
İqtisadiyyat 12:48
ABB-dən 200 000 manata qədər təmir krediti
Deputatdan təklif: Bakıda daşınmaz əmlak kompensasiyasında fərqli yanaşma olmalıdır
İqtisadiyyat 12:03
Deputatdan təklif: Bakıda daşınmaz əmlak kompensasiyasında fərqli yanaşma olmalıdır
Azərbaycan ötən il 25,2 milyard kubmetr qaz ixrac edib
İqtisadiyyat 11:41
Azərbaycan ötən il 25,2 milyard kubmetr qaz ixrac edib
2032-yə qədər 6–8 giqavat bərpa olunan enerji istehsal edəcəyik - baş nazir
İqtisadiyyat 11:38
2032-yə qədər 6–8 giqavat bərpa olunan enerji istehsal edəcəyik - baş nazir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol