• $
  • £

İlham Əliyev: “Enerjidən şantaj, imtiyaz üçün istifadə edilməməlidir”

İlham Əliyev: “Enerjidən şantaj, imtiyaz üçün istifadə edilməməlidir”
29.05.2020 04:58
"Əldə edilmiş uğurlar gərgin iş, beynəlxalq əməkdaşlıq çərçivəsində mümkün olub”.
 
APA-nın məlumatına görə, bunu bu gün 23-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışında Azərbaycan prezidenti İlham Əliyev deyib.  
 
Dövlət başçısı bildirib ki, bu gün Cənub Qaz Dəhlizinin icrası qrafik üzrə gedir: "Bizim qarşımızda bu gün duran əsas vəzifə Cənub Qaz Dəhlizi ilə bağlıdır. Bu gün Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Biz hər zaman qarşımıza enerji faktorundan əməkdaşlığı dərinləşdirmək məqsədilə istifadə etmək hədəfi qoymuşuq. Azərbaycan öz resurslarından başqa məqsədlər üçün istifadə etməyib. İstəmişik ki, əməkdaşlığı genişləndirək, qonşuluğumuzda sabitlik olsun, ölkəmizin qüdrətini artıraq. Buna görə də Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında müzakirə olunan məsələlərdə heç bir fikir ayılığı yoxdur, bütün tərəflərin maraqları təmin olunur. Ancaq maraqların uzlaşması şəraitində istədiyimizə nail ola bilərik. İstehsalçı, tranzit və istehlakçı ölkələrin hər hansı biri yalnız öz marağını güdsə, uğurlara nail ola bilməzdik. Enerjidən şantaj, imtiyaz üçün istifadə edilməməlidir. Biz istəyirik ki, Azərbaycanda inkişaf sürətlə getsin, bölgədə sabitlik möhkəmlənsin”.
 
Prezident bildirib ki, dünyada yaranan yeni müharibələr, qarşıdurmalar Azərbaycanı da narahat edir: "Bu, arzu edilən mənzərə deyil. Biz bölgəmizdə sabitlik istəyrik. Yalnız sabitlik şəraitində bölgə, Azərbaycan inkişaf edə bilər”.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 11:54
"BakuBus" daha bir marşrut xəttinin istiqamətini dəyişdi
İran Mərkəzi Bankı Bakı və Tehran bankları arasında əməkdaşlıq təklif etdi
İqtisadiyyat 11:46
İran Mərkəzi Bankı Bakı və Tehran bankları arasında əməkdaşlıq təklif etdi
Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır
İqtisadiyyat 11:42
Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır
Ət bahalaşdı – VİDEO
İqtisadiyyat 11:41
Ət bahalaşdı – VİDEO
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
İqtisadiyyat 11:34
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
Dolların ucuzlaşmasının səbəbləri açıqlandı
İqtisadiyyat 11:28
Dolların ucuzlaşmasının səbəbləri açıqlandı
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
İqtisadiyyat 11:17
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol