• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

​Türkiyə rəhbərliyindən Bundestaqın qərarına münasibət

​Türkiyə rəhbərliyindən Bundestaqın qərarına münasibət
02.06.2016 16:56
"Ölkəyə döndükdən sonra bu məsələni müzakirə edib, lazımi qərarı verəcəyik".

"Report" xəbər verir ki, bunu Keniyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi mətbuat konfransında 1915-ci ildə Osmanlı dövlətində baş vermiş hadisə ilə bağlı qəbul etdiyi qətnamə haqda jurnalistin sualını cavablayarkən deyib.

"Almaniyadakı səfirimizi Türkiyəyə çağırdıq. Almaniya parlamentinin qəbul etdiyi qətnamə iki ölkənin əlaqələrinə mənfi təsir göstərəcək qərardır", - deyə Türkiyə prezidenti vurğulayıb.

Baş nazirin müavini Numan Kurtulmuş "Twitter" səhifəsində Bundestaqın 1915-ci ildə Osmanlı dövlətində baş vermiş hadisə ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən yazıb: "Almaniya Bundestaqının təhrif edilmiş və əsassız iddiaları "soyqırımı" olaraq qəbul etməsi və layihəyə səs verməsi tarixi bir xətadır. Almaniya parlamentinin bu qətnaməsi Türkiyə-Almaniya dostluq əlaqələrinə yaraşan qərar deyil. Türkiyə üçün bu qərar bir heçdir. Bu məsələ siyasətçilərin və ya parlamentlərin deyil, elm adamlarının, tarixçilərin müzakirə edəcəyi bir məsələdir. Türkiyə bu qərara bütün sahələr üzrə lazımi cavabı verəcək". 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter" səhifəsində qətnaməyə belə münasibət bildirib: "Öz tarixlərindəki qaranlıq səhifələri ört-basdır etmək üçün Bundestaq məsuliyyətsiz və əsassız qərar qəbul edərək, başqa ölkələrin tarixini qaralayır".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Litva Ottava Konvensiyasından çıxıb
Dünya 16:49
Litva Ottava Konvensiyasından çıxıb
Moskvada sarı xəbərdarlıq elan olunub
Dünya 11:13
Moskvada sarı xəbərdarlıq elan olunub
Tailand və Kamboca arasında atəşkəs sazişi imzalanıb
Dünya 09:46
Tailand və Kamboca arasında atəşkəs sazişi imzalanıb
Tramp və Zelenskinin görüş tarixi məlum olub
Dünya 08:55
Tramp və Zelenskinin görüş tarixi məlum olub
ABŞ-da qar səbəbindən 1600-dən çox uçuş ləğv edilib
Dünya 08:53
ABŞ-da qar səbəbindən 1600-dən çox uçuş ləğv edilib
Naməlum şəxs Paris metrosunda qadınlara bıçaqla hücum edib
Dünya 23:35
Naməlum şəxs Paris metrosunda qadınlara bıçaqla hücum edib
Tramp, Zelenski və Aİ liderlərinin onlayn görüşü keçiriləcək
Dünya 22:30
Tramp, Zelenski və Aİ liderlərinin onlayn görüşü keçiriləcək
Malatyada Yeni ildə terror aktı hazırlayan İŞİD üzvü saxlanılıb
Dünya 22:02
Malatyada Yeni ildə terror aktı hazırlayan İŞİD üzvü saxlanılıb
Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək
Dünya 21:25
Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol