• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Çinin Xuçjou Universitetinin nümayəndə heyəti ADU-da oldu

Çinin Xuçjou Universitetinin nümayəndə heyəti ADU-da oldu
02.06.2016 20:07
İyunun 2–də Azərbaycan Dillər Universitetində (ADU) universitetin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov Çinin Xuçjou Universitetinin nümayəndə heyəti ilə görüşdü. 

Professor Dünyamin Yunusov qonaqları ADU-da görməkdən şad olduğunu bildirdi. ADU-nun tarixi və beynəlxalq əlaqələrindən söz açan D.Yunusov universitetdə 22 dilin tədris olunduğunu qeyd etdi. Universitetdə 17 dil və mədəniyyət mərkəzinin fəaliyyət göstərdiyini deyən professor Çin dili və mədəniyyəti mərkəzi haqqında danışdı. Çinin Xuçjou Universiteti ilə əməkdaşlıq çərçivəsində mərkəzin bazasında yaradılan ADU-nun Konfutsi İnstitutunun tezliklə açılışının olacağını dedi. Professor Dünyamin Yunusov, həmçinin mərkəzin təhsil və maarifləndirici fəaliyyəti haqqında danışaraq Azərbaycanda ilk milli Çin dili dərsliyinin nəşrindən söz açdı. O, həmçinin ADU-nun  Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisası üzrə təhsil alan 10 nəfər tələbənin hazırda Çinin Şenyan Universitetində təhsillərini davam etdirdiklərini söylədi.

Çinin Xuçjou Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin direktor müavini Van Pin ADU-da olmaqdan məmnunluğunu ifadə etdi və səmimi qəbula görə təşəkkür etdi. Çinin qədim universitetlərindən biri olan Xuçjou Universiteti haqqında danışdı, ali təhsil müəssisəsinin xarici universitetlərlə beynəlxalq mübadilə sahəsində inkişaf etdiyini xüsusi vurğuladı. O, universitetin tərkibində Xarici Dillər İnstitutu olmaqla, 13 institutun fəaliyyət göstərdiyini qeyd etdi. ADU-da Konfutsi İnstitutunun yaradılmasını və təhsil sahəsindəki əməkdaşlığın Azərbaycan-Çin arasında humanitar əlaqələrin inkişafına töhfə verəcəyini söylədi.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri, ikitərəfli əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi barədə müzakirələr aparıldı. 
Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Azərbaycan Dillər Universitetinin Çin dili və mədəniyyəti mərkəzi tərəfindən hazırlanan, Çin və Azərbaycan dillərində nəşr edilmiş, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafına verildi töhfəyə həsr olunmuş "İlham Əliyev – iki qədim xalqlar dostluğunun müasir davamçısı (2003-2013 illər)” adlı kitab qonaqlara təqdim olundu. 

Sonra Çinin Xuçjou Universitetinin nümayəndə heyəti ADU-nun Çin dili və mədəniyyəti mərkəzinin fəaliyyəti ilə yaxından tanış oldu, ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasında təhsil alan tələbələri ilə görüşdü. 

Görüşdə, həmçinin ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova, universitetin Azərbaycan tərəfindən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov iştirak etdilər. 

Görüşün sonunda Xuçjou Universiteti tərəfindən Azərbaycan Dillər Universitetinə kataloq və hədiyə təqdim olundu. 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şahbuzda avtomobil qaz xəttinə çırpılıb, 450 abonentin qazı kəsilib
Cəmiyyət 15:54
Şahbuzda avtomobil qaz xəttinə çırpılıb, 450 abonentin qazı kəsilib
Paytaxtın bu rayonunda yeni avtobuslar fəaliyyət göstərəcək
Cəmiyyət 14:18
Paytaxtın bu rayonunda yeni avtobuslar fəaliyyət göstərəcək
İmişlidə kişi dəm qazından boğulub
Cəmiyyət 13:38
İmişlidə kişi dəm qazından boğulub
Xaçmazda körpə evdə doğuş zamanı ölüb
Cəmiyyət 13:32
Xaçmazda körpə evdə doğuş zamanı ölüb
Sabahın hava proqnozu
Cəmiyyət 12:45
Sabahın hava proqnozu
Ağdərənin Vəngli kəndinə daha 10 ailə yola salınıb
Cəmiyyət 12:17
Ağdərənin Vəngli kəndinə daha 10 ailə yola salınıb
Qazaxda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb
Cəmiyyət 12:00
Qazaxda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb
Pirotexniki vasitələr satan 20 nəfər saxlanılıb
Cəmiyyət 11:38
Pirotexniki vasitələr satan 20 nəfər saxlanılıb
Rayonlara qar yağıb - Faktiki hava
Cəmiyyət 11:10
Rayonlara qar yağıb - Faktiki hava
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol