• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

​Mişel Platini Avropa çempionatında oyunları stadiondan izləməkdən imtina edib

​Mişel Platini Avropa çempionatında oyunları stadiondan izləməkdən imtina edib
03.06.2016 12:45
O, yeni sanksiyalardan ehtiyatlanıb

UEFA prezidenti Mişel Platini iyunun 10-da vətəni Fransada start götürəcək futbol üzrə Avropa çempinatının oyunlarını stadionda izləməkdən imtina edib.

"Report"un DPA-ya istinadən verdiyi məlumata görə, Fransa futbolunun canlı əfsanəvi FİFA Etika Komitəsi tərəfindən yeni sanksiyalara məruz qalacağından ehtiyatlanır. Fransa Futbol Federasiyası onu fərd olaraq, oyunları stadiondan izləməyə dəvət edəcəyini açıqlamışdı. Avropa çempionatı iyulun 10-dək davam edəcək. 

Qeyd edək ki, İsveçrənin Federal Ədliyyə Bürosu 2015-ci il sentyabrın 25-də FİFA-nın o vaxtkı prezidenti Yozef Blatterin 2011-ci ildə Mişel Platininin hesabına 2 milyon İsveçrə frankı məbləğində qeyri-qanuni köçürmə etməsi şübhəsi ilə iş açıb. Ötən il dekabrın 21-də hər iki şəxs ali futbol qurumun Etika Komitəsi tərəfindən 8 il müddətinə kənarlaşdırılıb. Təşkilatın Apellyasiya Komitəsi fevralın 24-də funksionerlərə qarşı sanksiyaları yüngülləşdirib və cəzanı 6 ilə endirib.

Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) mayın 8-də 2007-ci ildən UEFA-ya başçılıq etmiş Mişel Platininin futbol sahəsindəki fəaliyyətinə qoyulmuş qadağanın 6 ildən 4 ilə endirilməsi haqda qərar qəbul edib.

Məhz kənarlaşdırılması səbəbindən M.Platini fevralın 26-da keçirilmiş FİFA prezidenti seçkisində iştirak edə bilməyib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol