• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Azərbaycan prezidenti: “Bizim kiminsə yardımına ehtiyacımız yoxdur”

Azərbaycan prezidenti: “Bizim kiminsə yardımına ehtiyacımız yoxdur”
03.06.2016 11:35
"Diasporumuzun xarici media orqanları ilə əlaqələri yaxşı təşkil olunmayıb. Xarici mediaya çıxışımız yaxşı vəziyyətdə deyil. Bu vəzifə də diasporumuzun üzərinə düşür, buna dövlət müdaxilə edə bilməz. Ermənilər həmin mətbu orqanlarla geniş əlaqələr qurublar”.
 
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında deyib. Dövlət başçısı bildirib ki, xaricdə böyük azərbaycanlı jurnalist təbəqəsinin yetişməsi vacibdir: "Həmin jurnalistlər istər-istəməz Azərbaycan həqiqətlərini çatdıracaqlar. 21-ci əsrdə informasiya mübarizəsi mühümdür. Hansı ölkəyə qarşı çirkin kampaniya aparılırsa, ictimai fikir də ona qarşı yönəlir. Bu istiqamət prioritet istiqamətdir, zəif yerimizdir və qurultayda müzakirə olunmalıdır. Azərbaycan dövləti buna dəstək verə bilərsə, biz hazırıq. Bu, Azərbaycan diaspor təşkilatları üçün birinci məsələ olmalıdır”.
 
Prezident İlham Əliyev bildirib ki, ermənilər Azərbaycanı işğalçı, Ermənistanı yazıq ölkə kimi təqdim etməyə çalışıblar: "Buna ermənilər müəyyən qədər nail ola biliblər. Belə olmasaydı, ABŞ Konqresi mənfur 907-ci düzəlişi qəbul etməzdi. Azərbaycan torpaqları işğal olunub, soyqırımı törədilib, ancaq bu düzəlişi qəbul ediblər ki, guya Azərbaycan Ermənistanı blokadada saxlayır. O dövrdə Azərbaycanı idarə edənlər idarəçiliyin nə demək olduğunu bilmirdilər. Bu gün də bu düzəliş qüvvədədir. Əvvəllər bu düzəlişin qaldırılmasına çalışırdıq, sonra qərara gəldik ki, buna ehtiyac yoxdur. Çünki bizim kiminsə yardımına ehtiyacımız yoxdur, özümüz ayaqda dururuq”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DTX Bakıda xüsusi əməliyyat keçirib
Siyasət 11:46
DTX Bakıda xüsusi əməliyyat keçirib
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
Siyasət 11:19
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Siyasət 11:17
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Siyasət 10:56
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Ərdoğan Bakıya gəlir
Siyasət 10:34
Ərdoğan Bakıya gəlir
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Siyasət 10:28
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 10:28
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 09:56
"Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun"
Siyasət 09:52
"Rusiya-Türkiyə gərginliyin prezidentlərin görüşünə təsir edəcək"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol