Ərdoğan Məhəmməd Əlinin dəfn mərasiminə qatılacaq
Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan, boksun əfsanəsi Məhəmməd Əlinin dəfn mərasiminə qatılmaq üçün ABŞ-a gedecək.
Oxu.Az xəbər verir ki, Türkiyənin "Milliyyət” qəzetinin məlumatına görə Ərdoğan, Məhamməd Əlinin dəfn mərasimində iştirak etmek üçün çərşənbə günü gecəi yola çıxacaq.
Əfsanəvi boksçu Məhəmməd Əli ABŞ-ın Kentukki ştatının Luisvil şəhərində iyunun 10-da dəfn olunacaq.
Məlumata görə, dəfn mərasimi boksçu ilə vidalaşmaq istəyən hər kəs üçün açıq olacaq.
Məhəmməd Əli iyunun 3 də 74 yaşında Finiks (ABŞ) xəstəxanalarının birində dünyasını dəyişib. İdmançı 1984-cü ildən Parkinson xəstəliyindən əziyyət çəkirdi.
www.ann.az
Rəsmi Youtube kanalımız