• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Ali Məhkəmədə inzibati vəzifə tutan şəxslərin statusu dəyişdi - FƏRMAN

Ali Məhkəmədə inzibati vəzifə tutan şəxslərin statusu dəyişdi - FƏRMAN
09.06.2016 20:52
Ali Məhkəmə Aparatı rəhbərinin, müavinlərin, şöbə və sektor müdirlərinin statusu dəyişib.
 
APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişikliklər edilməsi haqqında fərmanında əksini tapıb.
 
Dəyişikliyə əsasən Ali Məhkəmənin Aparatının rəhbəri inzibati vəzifələrin birinci təsnifatından çıxarılaraq inzibati vəzifələrin ali təsnifatına daxil edilib. Ali Məhkəmə Aparatı rəhbərinin müavinləri və şöbə müdirləri isə inzibati vəzifələrin birinci təsnifatına daxil edilib. Ali Məhkəmə sədrinin müşavirləri, köməkçiləri də inzibati vəzifələrin birinci təsnifatına, Ali Məhkəmənin Aparatında müdirinin müavini, Ali Məhkəmədə işlər müdiri və onların müavinləri inzibati vəzifələrin ikinci təsnifatına daxil edilib. Ali Məhkəmənin sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, məhkəmə iclasının katibi, hakimin köməkçisi isə bundan sonra inzibati vəzifələrin ikinci təsnifatına daxil olacaq.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şahbuzda avtomobil qaz xəttinə çırpılıb, 450 abonentin qazı kəsilib
Cəmiyyət 15:54
Şahbuzda avtomobil qaz xəttinə çırpılıb, 450 abonentin qazı kəsilib
Paytaxtın bu rayonunda yeni avtobuslar fəaliyyət göstərəcək
Cəmiyyət 14:18
Paytaxtın bu rayonunda yeni avtobuslar fəaliyyət göstərəcək
İmişlidə kişi dəm qazından boğulub
Cəmiyyət 13:38
İmişlidə kişi dəm qazından boğulub
Xaçmazda körpə evdə doğuş zamanı ölüb
Cəmiyyət 13:32
Xaçmazda körpə evdə doğuş zamanı ölüb
Sabahın hava proqnozu
Cəmiyyət 12:45
Sabahın hava proqnozu
Ağdərənin Vəngli kəndinə daha 10 ailə yola salınıb
Cəmiyyət 12:17
Ağdərənin Vəngli kəndinə daha 10 ailə yola salınıb
Qazaxda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb
Cəmiyyət 12:00
Qazaxda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb
Pirotexniki vasitələr satan 20 nəfər saxlanılıb
Cəmiyyət 11:38
Pirotexniki vasitələr satan 20 nəfər saxlanılıb
Rayonlara qar yağıb - Faktiki hava
Cəmiyyət 11:10
Rayonlara qar yağıb - Faktiki hava
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol