• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Məhəmməd Əli ilə vida mərasimi keçirildi - FOTOLAR

Məhəmməd Əli ilə vida mərasimi keçirildi - FOTOLAR
10.06.2016 09:36
 
ABŞ-ın Luisvill şəhərində (Kentukki) iyunun 9-da əfsanəvi boksçu Məhəmməd Əli ilə vida mərasimi keçirilib.
 
APA-nın "Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, yas mərasimində 14 minədək insan iştirak edib.  
 
Vida mərasimi  "Freedom Hall” idman arenasında baş tutub. Kassius Kley (Məhəmməd Əlinin əvvəlki adı) məhz burada 1960-cı ildə peşəkar rinqdə ilk qələbəsini qazanıb. Şəriət qaydaları ilə təşkil olunan yas mərasiminin keçirildiyi məkana giriş sərbəst olub.    
 
Vida mərasimi canlı yayım rejimində işıqlandırılıb.
 
Mərasimdə keçmiş məşhur boksçu Şuqar Rey Leonard iştirak edib. O, Əlini bütün dünyaya təsir edə bilmiş son dərəcə cəsarətli və  mərd  xarakterli insan adlandırıb.  
 
Vida mərasimi cəmi 20 dəqiqə davam edib. Məhəmməd Əlinin üzü qibləyə  uzadılmış cəsədi üzərində dualar və Qurandan parçalar oxunub.
 
Qeyd edək ki, vida mərasimi iyunun 10-da da davam etdiriləcək, daha sonra isə Məhəmməd Əli dəfn olunacaq.  
 
Dəfn mərasimində ABŞ-ın eks-prezidenti Bill Klinton, İordaniya kralı II Abdullah, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, aktyor Uill Smit və boksçu Lennoks Lyuisin iştirak edəcəyi gözlənilir.   
 
Torpağa tapşırılmazdan əvvəl  Məhəmməd Əlinin cəsədinin olduğu tabut şəhərin küçələri ilə aparılacaq.
 





www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Dünya 12:20
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Çində güclü partlayış: 42 ölü - Fotolar
Dünya 11:18
Çində güclü partlayış: 42 ölü - Fotolar
Dünyanın ən bahalı şəhərləri - Fotolar
Dünya 10:47
Dünyanın ən bahalı şəhərləri - Fotolar
Dünya 10:08
"11 sentyabr hücumlarını Səudiyyə Ərəbistan maliyyələşdirib" - Fotolar
Dünyanın ən dəyərsiz valyutaları - SİYAHI+FOTOLAR
Dünya 08:55
Dünyanın ən dəyərsiz valyutaları - SİYAHI+FOTOLAR
Di Kaprio yeni il tətilini belə keçirir
Dünya 08:54
Di Kaprio yeni il tətilini belə keçirir
Yandırılan pilota görə kraliça Raniaya etiraz etdilər - FOTOLAR
Dünya 08:33
Yandırılan pilota görə kraliça Raniaya etiraz etdilər - FOTOLAR
Parisdə terror aktları nəticəsində ölənlərin sayı 132-yə çatdı - Fotolar
Dünya 07:36
Parisdə terror aktları nəticəsində ölənlərin sayı 132-yə çatdı - Fotolar
Dante İŞİD-ın hədəfində - Fotolar
Dünya 06:46
Dante İŞİD-ın hədəfində - Fotolar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol