• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Ərdoğan Məhəmməd Əlinin dəfninə qatılmayaraq Türkiyəyə dönməyi qərara aldı

Ərdoğan Məhəmməd Əlinin dəfninə qatılmayaraq Türkiyəyə dönməyi qərara aldı
10.06.2016 12:27
Əfsanəvi boksçu Məhəmməd Əlinin dəfn mərasiminə qatılmaq üçün ABŞ-ın Kentukki ştatına gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səfərini yarımçıq qoyaraq ölkəyə qayıtmaq qərarına gəlib.
 
APA-nın "Hürriyet”ə istinadən verdiyi məlumata görə, iyunun 9-da Luisvill şəhərində keçirilən cənazə namazına qatılan R. T. Ərdoğanın bu gün keçiriləcək dəfn mərasimində iştirakı nəzərdə tutulmuşdu. Lakin prezident cənazə namazından sonra fikrini dəyişib və Luisvilldə Ahıska türklərinin verdiyi iftar yeməyində iştirak etdikdən sonra Türkiyəyə qayıtmağı qərara alıb.
 
Prezidentin qərarının səbəbləri barədə rəsmi açıqlama verilməyib. Müxalifyönlü "Sözcü” qəzetinin xəbərinə görə, R. T. Ərdoğanın Məhəmməd Əlinin tabutuna Kəbədən gətirilən örtük qoymaq istəyini mərasimin təşkilatçıları müsbət qarşılamayıblar və "biz özümüz sonra qoyarıq”, - cavabını veriblər. Bundan başqa, R. T. Ərdoğanın mərasimdə Türkiyə dini işlər idarəsinin rəhbəri Mehmet Görməzin "Quran” oxumasını istədiyi, təşkilatçıların isə buna icazə vermədiyi bildirilir. Qəzetin iddiasına görə, R. T. Ərdoğan bu səbəblə dəfn mərasiminə qatılmadan vətənə dönmək qərarına gəlib.     

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Moskvada sarı xəbərdarlıq elan olunub
Dünya 11:13
Moskvada sarı xəbərdarlıq elan olunub
Tailand və Kamboca arasında atəşkəs sazişi imzalanıb
Dünya 09:46
Tailand və Kamboca arasında atəşkəs sazişi imzalanıb
Tramp və Zelenskinin görüş tarixi məlum olub
Dünya 08:55
Tramp və Zelenskinin görüş tarixi məlum olub
ABŞ-da qar səbəbindən 1600-dən çox uçuş ləğv edilib
Dünya 08:53
ABŞ-da qar səbəbindən 1600-dən çox uçuş ləğv edilib
Naməlum şəxs Paris metrosunda qadınlara bıçaqla hücum edib
Dünya 23:35
Naməlum şəxs Paris metrosunda qadınlara bıçaqla hücum edib
Tramp, Zelenski və Aİ liderlərinin onlayn görüşü keçiriləcək
Dünya 22:30
Tramp, Zelenski və Aİ liderlərinin onlayn görüşü keçiriləcək
Malatyada Yeni ildə terror aktı hazırlayan İŞİD üzvü saxlanılıb
Dünya 22:02
Malatyada Yeni ildə terror aktı hazırlayan İŞİD üzvü saxlanılıb
Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək
Dünya 21:25
Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək
Türkiyə XİN Suriyadakı terroru pisləyib
Dünya 20:30
Türkiyə XİN Suriyadakı terroru pisləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol