Azərbaycan Premyer Liqasında iştirak edəcək komandaların sayı açıqlandı
Azərbaycan Premyer Liqasında 2016-2017 mövsümündə 8 komanda iştirak edəcək.
"Report"un məlumatına görə, bu barədə AFFA İcraiyyə komitəsinin iclasının ardından jurnalistlərə açıqlamasında qurumun prezidenti Rövnəq Abdullayev bildirib.
O deyib ki, I Diviziondan elitaya heç bir klub yüksəlməyəcək. Premyer Liqada son 2 yeri tutan "Rəvan"la "Xəzər Lənkəran" isə lisenziya ala bilmədikləri üçün aşağı liqaya enəcək: I Divizion klubları Premyer Liqada iştirak üçün lisenziya tələblərinə cavab vermir və ən əsası, bank zəmanəti verə bilmərlər".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox