• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

​"Sumqayıt" Vaqif Cavadovla rəsmi müqavilə imzalayıb

​
14.06.2016 14:03
 "Sumqayıt" futbolçusu Vaqif Cavadovla müqavilə imzalayıb. 

Bu barədə "Report"a klub prezidenti Kamran Quliyev məlumat verib.

Onun sözlərinə görə, baş məşqçi Samir Abasov 27 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlı olub və birillik müqavilə imzalanıb.

K.Quliyev rəhbərlik etdiyi klubun daha bir neçə transfer həyata keçirəcəyini deyib: "Hər bir mövqeni gücləndirsək, yaxşı olar. Əsas gücləndirmə işləri dayaq yarımmüdafiəsi və hücumameylli yarımmüdafiəçi mövqeyidir. Danışıq apardığımız futbolçular var, amma ad çəkə bilmərəm. Biz hansı futbolçu ilə danışıq apardığımızı deyiriksə, başqa klublar onları transfer edir.  Görünür "Sumqayıt" seleksiya işlərini yaxşı aparır. Legioner futbolçu transfer etməyəcəyik. Klubun Müşahidə Şurası var və onlar nə vaxt qərar versə, o zaman olacaq.Qapıçı məsələsinə gəlincə, Fərhad Vəliyev və gənc qapıçı Tərlan Əhmədli ilə müqavilə imzalamışıq. Demirəm ki, Rəşad Əzizov pis qapıçıdır. Amma bizdə qapıçı var. Kimin birinci və ya ikinci qapıçı olacağı gələcəkdə bilinəcək".

Qeyd edək ki, V.Cavadov 2105/2016 mövsümünün qış transfer pəncərəsində "Sumqayıt"a transfer olunub. O, karyerası ərzində "Qarabağ", "Tvente" (Hollandiya), "Bakı", "Volqa" (Rusiya), "İnter", "Qaziantepspor", "Boluspor" (hər ikisi Türkiyə) və son olaraq "Qəbələ"nin formasını geyinib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol