• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Azərbaycanda amnistiya aktının icrasına başlanılır

Azərbaycanda amnistiya aktının icrasına başlanılır
15.06.2016 09:16
Azərbaycanda Milli Məclis tərəfindən qəbul edilmiş növbəti Amnistiya Aktının icrasına başlanılıb.

Oxu.Az-ın məlumatına görə, bu il mayın 20-də Milli Məclisin xüsusi iclasında Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüskarı olduğu "28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi qəbul olunub.

Amnistiya aktına əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxlər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil ovladı olan, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazilərinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər.

Qeyd edək ki, amnistiya aktı 10 min nəfər məhbusu əhatə edəcək, onlardan 3500-ü azadlıqdan məhrum etmə yerlərindən azad ediləcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paytaxtın bu rayonunda yeni avtobuslar fəaliyyət göstərəcək
Cəmiyyət 14:18
Paytaxtın bu rayonunda yeni avtobuslar fəaliyyət göstərəcək
İmişlidə kişi dəm qazından boğulub
Cəmiyyət 13:38
İmişlidə kişi dəm qazından boğulub
Xaçmazda körpə evdə doğuş zamanı ölüb
Cəmiyyət 13:32
Xaçmazda körpə evdə doğuş zamanı ölüb
Sabahın hava proqnozu
Cəmiyyət 12:45
Sabahın hava proqnozu
Ağdərənin Vəngli kəndinə daha 10 ailə yola salınıb
Cəmiyyət 12:17
Ağdərənin Vəngli kəndinə daha 10 ailə yola salınıb
Qazaxda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb
Cəmiyyət 12:00
Qazaxda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb
Pirotexniki vasitələr satan 20 nəfər saxlanılıb
Cəmiyyət 11:38
Pirotexniki vasitələr satan 20 nəfər saxlanılıb
Rayonlara qar yağıb - Faktiki hava
Cəmiyyət 11:10
Rayonlara qar yağıb - Faktiki hava
DİN bayramda azad olunan ərazilərə gedəcək şəxslərə müraciət edib
Cəmiyyət 10:23
DİN bayramda azad olunan ərazilərə gedəcək şəxslərə müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol