• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

İlham Əliyev AŞPA həmməruzəçilərini qəbul etdi

İlham Əliyev AŞPA həmməruzəçilərini qəbul etdi
15.06.2016 13:13
Azərbaycan prezidenti İlham Əliyev iyunun 15-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib.

Oxu.Az-ın məlumatına görə, həmməruzəçilər Bakıda keçiriləcək Formula-1 yarışlarının beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyini vurğulayıblar.

Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığa toxunan qonaqlar bu əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırıblar. Həmməruzəçilər "Məhkum olunmuş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan prezidentinin Sərəncamının və "Amnistiya aktı haqqında" qanunun qəbul edilməsinin Avropa Şurası tərəfindən alqışlandığını deyib, bunların önəmini vurğulayıblar.

Dövlət başçısı Azərbaycanla Avropa Şurası arasında uzun illər səmərəli və konstruktiv əməkdaşlığın həyata keçirildiyini bildirib, əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib.

Prezident İlham Əliyev Azərbaycanın bu təşkilatın ən fəal üzvlərindən biri olduğunu deyib, əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DTX Bakıda xüsusi əməliyyat keçirib
Siyasət 11:46
DTX Bakıda xüsusi əməliyyat keçirib
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
Siyasət 11:19
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Siyasət 11:17
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Siyasət 10:56
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Ərdoğan Bakıya gəlir
Siyasət 10:34
Ərdoğan Bakıya gəlir
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Siyasət 10:28
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 10:28
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 09:56
"Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun"
Siyasət 09:52
"Rusiya-Türkiyə gərginliyin prezidentlərin görüşünə təsir edəcək"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol