• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Amnistiya düşən bir qrup şəxs azadlığa buraxıldı

Amnistiya düşən bir qrup şəxs azadlığa buraxıldı
15.06.2016 14:01
Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində Amnistiya aktının icrasına başlanılıb.

"Report" xəbər verir ki, proses icrası Ədliyyə Nazirliyinin məsul əməkdaşlarının, Penitensiar Xidmət üzrə təşkil edilmiş komissiyanın, ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin, Ombudsman Aparatı, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həyata keçirilib.
Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrində olub, Amnistiya Aktının icrasını təmin ediblər.

Amnistiya düşən şəxslər Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar. Bununla əlaqədar keçirilən tədbirlərdə çıxış edənlər amnistiya şamil olunan şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracaqlarını, Azərbaycan dövlətinin qanunlarına əməl edəcəklərinə və cəmiyyətimiz üçün bundan sonra faydalı, layiqli vətəndaş olacaqlarına əminliklərini bildiriblər. Amnistiya aktı Azərbaycan vətəndaşının hüquqlarının qorunması istiqamətində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsi kimi xarakterizə edilib.

Penitensiar Xidmətin rəhbərliyi cəzaçəkmə müəssisələrində amnistiya aktının əhatə etdiyi şəxslərə azad olunmaları barədə buraxılış vərəqələrini təqdim edib.

Amnistiya aktına əsasən azadlığa çıxan şəxslər və onları qarşılamağa gəlmiş ailə üzvləri, yaxınları göstərdiyi humanistliyə və neçə-neçə ailələrə səadət, sevinc bəxş etdiyinə görə Prezident İlham Əliyevə və birinci xanım, Milli Məclisin deputatı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Milli Məclis Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə "28 May - Respublika Günü münasibətilə Amnistiya aktı qəbul edib. 

Ümumilikdə, 10 min məhkum amnistiya aktının təsiri altına düşür, onlardan 3 min 500-ə yaxın şəxs cəzaçəkmə müəssisələrindən azad ediləcək.
Amnistiya aktıının icra müddəti dörd aydır.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paytaxtın bu rayonunda yeni avtobuslar fəaliyyət göstərəcək
Cəmiyyət 14:18
Paytaxtın bu rayonunda yeni avtobuslar fəaliyyət göstərəcək
İmişlidə kişi dəm qazından boğulub
Cəmiyyət 13:38
İmişlidə kişi dəm qazından boğulub
Xaçmazda körpə evdə doğuş zamanı ölüb
Cəmiyyət 13:32
Xaçmazda körpə evdə doğuş zamanı ölüb
Sabahın hava proqnozu
Cəmiyyət 12:45
Sabahın hava proqnozu
Ağdərənin Vəngli kəndinə daha 10 ailə yola salınıb
Cəmiyyət 12:17
Ağdərənin Vəngli kəndinə daha 10 ailə yola salınıb
Qazaxda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb
Cəmiyyət 12:00
Qazaxda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb
Pirotexniki vasitələr satan 20 nəfər saxlanılıb
Cəmiyyət 11:38
Pirotexniki vasitələr satan 20 nəfər saxlanılıb
Rayonlara qar yağıb - Faktiki hava
Cəmiyyət 11:10
Rayonlara qar yağıb - Faktiki hava
DİN bayramda azad olunan ərazilərə gedəcək şəxslərə müraciət edib
Cəmiyyət 10:23
DİN bayramda azad olunan ərazilərə gedəcək şəxslərə müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol