• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Peskov: “Ərdoğanın Putinə məktubu cavab tələb etmir”

Peskov: “Ərdoğanın Putinə məktubu cavab tələb etmir”
15.06.2016 17:41
"Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Vladimir Putinə məktubu ənənəvi protokol göndərişidir. Bu məktuba cavab vermək tələb olunmur".
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib : "Milli bayramlar münasibəti ilə ənənəvi olaraq belə göndərişlər olur. Bu protokoldur və beynəlxalq münasibətlərdə sadə təcrübədir. Təəssüflər olsun ki, bu göndərişdə hansısa digər məzmunlu anlar yox idi".
  
D. Peskovun sözlərinə görə, ölkələr arasındakı mürəkkəb diplomatik münasibətlər heç vaxt məktub mübadiləsinin kəsilməsi üçün bəhanə olmur: "Bəzən məktublar gəlir, bəzən gəlmir. Bu, vəziyyətdən asılıdır. Bu il məktub gəldi. Çünki bu, Türkiyə bizim təyyarəyə hücum edəndən sonra birinci milli bayram günü idi".
 
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Rusiya Günü münasibətilə təbrik məktubu göndərib. Ərdoğan məktubunda rus xalqını Rusiya Günü münasibəti ilə təbrik edib və yaxın vaxtlarda Rusiya-Türkiyə münasibətlərinin layiqli səviyyəyə çatmasını arzulayıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DTX Bakıda xüsusi əməliyyat keçirib
Siyasət 11:46
DTX Bakıda xüsusi əməliyyat keçirib
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
Siyasət 11:19
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Siyasət 11:17
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Siyasət 10:56
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Ərdoğan Bakıya gəlir
Siyasət 10:34
Ərdoğan Bakıya gəlir
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Siyasət 10:28
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 10:28
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 09:56
"Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun"
Siyasət 09:52
"Rusiya-Türkiyə gərginliyin prezidentlərin görüşünə təsir edəcək"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol