• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Azərbaycan yeni qaz-kimya kompleksinin tikintisinə tərəfdaşlar cəlb etdi

Azərbaycan yeni qaz-kimya kompleksinin tikintisinə tərəfdaşlar cəlb etdi
17.06.2016 20:54
Rusiyanın "Qazprombank" və EXİAR ixrac kreditləri və investisiyaların sığortalanması agentliyi, İtaliyanın SACE ixrac kredit agentliyi və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında "Azərbaycanda qaz-kimya kompleksinin maliyyələşdirilməsi və tikintisi üzrə Qarşılıqlı Anlaşma Memorandumu" imzalanıb.

"Report"un "Qazprombank"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, təntənəli imzalanma mərasimi Rusiya prezidenti Vladimir Putin və İtaliyanın baş naziri Matteo Rentsinin iştirakı ilə Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub. 

Yeni irimiqyaslı neft-kimya layihəsi Azərbaycanda Rusiya və İtaliya tərəfdaşlarının iştirakı ilə qaz emalı və qaz-kimya zavodlarının tikintisini nəzərdə tutur.

"SOCAR Gas Plastics Company" layihəsi "Qazprombank" üçün maliyyə təminatı və Rusiya avanadlığının xaricə göndərilməsi baxımından yeni imkanlar açır.

İlkin qiymətləndirməyə əsasən, layihənin ümumi investisiya dəyəri 3,5 mlrd. ABŞ dolları təşkil edir. Layihə üçün Rusiya avadanlığı və materiallarının tədarükünün potensial həcmi və Rusiya podratçılarının tikinti-montaj xidmətlərinin dəyəri isə investisiya büdcəsinin 20%-ni təşkil edəcək. 

"Qazprombank" qrupu Azərbaycanda SOCAR şirkəti ilə bir sıra iri layihələr həyata keçirir. Bu qarşılıqlı faydalı əməkdaşlıq Qrupun maliyə və texnoloji imkanlarının birləşdirilməsinin uğurlu nümunəsidir", - deyə "Qazprombank"ın İdarə Heyətinin sədri Andrey Akimov bildirib. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 11:54
"BakuBus" daha bir marşrut xəttinin istiqamətini dəyişdi
İran Mərkəzi Bankı Bakı və Tehran bankları arasında əməkdaşlıq təklif etdi
İqtisadiyyat 11:46
İran Mərkəzi Bankı Bakı və Tehran bankları arasında əməkdaşlıq təklif etdi
Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır
İqtisadiyyat 11:42
Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır
Ət bahalaşdı – VİDEO
İqtisadiyyat 11:41
Ət bahalaşdı – VİDEO
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
İqtisadiyyat 11:34
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
Dolların ucuzlaşmasının səbəbləri açıqlandı
İqtisadiyyat 11:28
Dolların ucuzlaşmasının səbəbləri açıqlandı
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
İqtisadiyyat 11:17
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol