• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Putin Azərbaycanla ticarət dövriyyəsinin azalmasından narahatdır

Putin Azərbaycanla ticarət dövriyyəsinin azalmasından narahatdır
20.06.2016 18:21
Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı iqtisadi məsələləri müzakirə edib.
 
APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, prezidentlərin Sankt-Peterburq görüşündə ikitərəfli münasibətlər müzakirə olunub.
 
"Bu gün müzakirə edəcəyimiz problem bəllidir. Bu, bizə çoxdan qalan Qarabağ problemidir. Lakin mən görüşümüzdən istifadə edib ikitərəfli münasibətlərimiz haqqında danışmaq istəyirəm. Bizə məlum olan səbəblərdən təəssüf ki, ticarət dövriyyəmizin aşağı düşməsini müşahidə edirik",- deyə Putin qeyd edib.
 
Rusiya prezidenti bildirib ki, hər iki lider bunun səbəbini bilir: "Ticarət dövriyyəsinin aşağı düşməsinə səbəb enerji daşıyıcılarının qiymətinin ucuzlaşması və eləcə də milli valyutaların məzənnəsi arasındakı fərqdir". 
 
Prezidentlər ikitərəfli əməkdaşlığın humanitar perspektivlərini də müzakirə ediblər: "Bilirik ki, Azərbaycanda rus dilinin öyrənilməsinə necə həssas yanaşılır. Bizim ali məktəblərin filiallarının necə uğurla fəaliyyət göstərdiyini bilirik. Bütün bunları yüksək qiymətləndiririk. Ümid edirəm ki, belə işlər bundan sonra da bütün istiqamətlərdə davam etdiriləcək".
 
Prezident İlham Əliyev rusiyalı həmkarını Peterburq İqtisadi Forumunun uğurlu keçməsi münasibəti ilə təbrik edib. İ. Əliyev Azərbaycanın bu forumda fəal iştirak etdiyini söyləyib. Rusiya-Azərbaycan ticarət dövriyyəsindən danışan İ. Əliyev bunun müvəqqəti xarakter daşıdığını qeyd edib: "Biz ticarət dövriyyəsinin bərpa olunmasının yollarını və möhkəmləndirilməsini axtarırıq. Hesab edirəm ki, bu, baş verəcək. Bundan başqa bizim enerji sahəsində qarşılıqlı aktiv fəaliyyətimiz var. Nəqliyyat əməkdaşlığında da yaxşı perspektivlərimiz var".
 
İ. Əliyev Vladimir Putini Azərbaycanda görmək arzusunda olduğunu da bildirib. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Moskvada sarı xəbərdarlıq elan olunub
Dünya 11:13
Moskvada sarı xəbərdarlıq elan olunub
Tailand və Kamboca arasında atəşkəs sazişi imzalanıb
Dünya 09:46
Tailand və Kamboca arasında atəşkəs sazişi imzalanıb
Tramp və Zelenskinin görüş tarixi məlum olub
Dünya 08:55
Tramp və Zelenskinin görüş tarixi məlum olub
ABŞ-da qar səbəbindən 1600-dən çox uçuş ləğv edilib
Dünya 08:53
ABŞ-da qar səbəbindən 1600-dən çox uçuş ləğv edilib
Naməlum şəxs Paris metrosunda qadınlara bıçaqla hücum edib
Dünya 23:35
Naməlum şəxs Paris metrosunda qadınlara bıçaqla hücum edib
Tramp, Zelenski və Aİ liderlərinin onlayn görüşü keçiriləcək
Dünya 22:30
Tramp, Zelenski və Aİ liderlərinin onlayn görüşü keçiriləcək
Malatyada Yeni ildə terror aktı hazırlayan İŞİD üzvü saxlanılıb
Dünya 22:02
Malatyada Yeni ildə terror aktı hazırlayan İŞİD üzvü saxlanılıb
Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək
Dünya 21:25
Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək
Türkiyə XİN Suriyadakı terroru pisləyib
Dünya 20:30
Türkiyə XİN Suriyadakı terroru pisləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol