• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

İlham Əliyev qanuna dəyişiklik etdi

İlham Əliyev qanuna dəyişiklik etdi
21.06.2016 20:32

Azərbaycan prezidenti İlham Əliyev "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun qüvvəyə minməsi barədə sərəncam imzalayıb. 

Oxu.Az-ın məlumatına görə, dəyişiklik Azərbaycanda və xarici ölkələrdə təhsil alan, Azərbaycan vətəndaşı olan bütün bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verilməsini nəzərdə tutur. 

İndiyə qədər Azərbaycanda ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), ali baza tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək, xarici ölkələrin siyahısı Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş təhsil müəssisələrində əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət verilib.

Qüvvəyə minən yeni qanuna əsasən bundan sonra Azərbaycanda əyani təhsilalma formasında magistraturada, doktoranturada, xarici ölkələrin təhsil müəssisələrində əyani təhsilalma formasında ali təhsil pilləsinin magistratura və doktorantura səviyyələrində də təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət veriləcək.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paytaxtın bu rayonunda yeni avtobuslar fəaliyyət göstərəcək
Cəmiyyət 14:18
Paytaxtın bu rayonunda yeni avtobuslar fəaliyyət göstərəcək
İmişlidə kişi dəm qazından boğulub
Cəmiyyət 13:38
İmişlidə kişi dəm qazından boğulub
Xaçmazda körpə evdə doğuş zamanı ölüb
Cəmiyyət 13:32
Xaçmazda körpə evdə doğuş zamanı ölüb
Sabahın hava proqnozu
Cəmiyyət 12:45
Sabahın hava proqnozu
Ağdərənin Vəngli kəndinə daha 10 ailə yola salınıb
Cəmiyyət 12:17
Ağdərənin Vəngli kəndinə daha 10 ailə yola salınıb
Qazaxda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb
Cəmiyyət 12:00
Qazaxda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb
Pirotexniki vasitələr satan 20 nəfər saxlanılıb
Cəmiyyət 11:38
Pirotexniki vasitələr satan 20 nəfər saxlanılıb
Rayonlara qar yağıb - Faktiki hava
Cəmiyyət 11:10
Rayonlara qar yağıb - Faktiki hava
DİN bayramda azad olunan ərazilərə gedəcək şəxslərə müraciət edib
Cəmiyyət 10:23
DİN bayramda azad olunan ərazilərə gedəcək şəxslərə müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol