• $
  • £

İlham Əliyev: “Azərbaycanla ABŞ arasında münasibətlər çox yaxşı səviyyədədir”

İlham Əliyev: “Azərbaycanla ABŞ arasında münasibətlər çox yaxşı səviyyədədir”
29.05.2020 00:56
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Bridcet Brinki qəbul edib.

"Report”un xəbərinə görə, iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini deyən dövlət başçısı ABŞ-a son səfərini və Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirakını məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev səfəri çərçivəsində ABŞ-ın vitse-prezidenti Co Bayden, dövlət katibi Con Kerri və ticarət naziri Penni Pritzker ilə çox səmərəli və mühüm müzakirələrin aparıldığı görüşlər zamanı ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi işinə sadiqliyin bir daha təsdiqləndiyini vurğulayıb. Dövlət başçısı ABŞ Prezidenti Barak Obamaya Bakıda keçirilən XXIII Beynəlxalq "Xəzər Neft və Qaz 2016” sərgi və konfransının iştirakçılarına ünvanlanmış məktubuna və məktubda dostluq münasibətlərimizin və əməkdaşlığımızın həqiqi mahiyyətini əks etdirən müsbət fikirlərinə görə minnətdarlığını bildirib. ABŞ Dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Bridcet Brinkin Azərbaycana ötən ilki səfərini xatırlayan Prezident İlham Əliyev həmin səfərin ölkələrimiz arasında əlaqələrin inkişafında müsbət dinamika baxımından önəmli məqam olduğunu qeyd edib.

Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın gündəliyinin çox geniş sahələri əhatə etdiyini deyən Prezident İlham Əliyev ölkələrimizin təhlükəsizlik, enerji və regional inkişaf kimi bir sıra məsələlərlə bağlı birgə əməkdaşlıq həyata keçirdiyini vurğulayıb. Hazırda Azərbaycan ilə ABŞ arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı Birləşmiş Ştatların Dövlət katibinin köməkçisinin müavini Bridcet Brinkin ölkəmizə səfərinin əlaqələrimizin uğurla inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əmin olduğunu bildirib.

Regiona səfəri çərçivəsində yenidən Azərbaycanda olmasından məmnunluğunu ifadə edən Bridcet Brink bildirib ki, səfərdən məqsəd ölkələrimiz arasında mövcud olan bütün sahələr üzrə tərəfdaşlıq əlaqələrini daha da möhkəmləndirməkdir. Prezident İlham Əliyevin Vaşinqtona uğurlu səfərinə və keçirdiyi görüşlərə toxunan ABŞ Dövlət katibinin köməkçisinin müavini özünün ölkəmizə ötən ilki səfərini də xatırlayıb. Bridcet Brink ölkələrimiz arasında davamlı əməkdaşlığın daha yüksək mərhələyə qaldırılması istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib. Qonaq Bakıda keçirilmiş "Formula-1” Avropa Qran-pri yarışlarının uğurla başa çatması münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DTX Bakıda xüsusi əməliyyat keçirib
Siyasət 11:46
DTX Bakıda xüsusi əməliyyat keçirib
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
Siyasət 11:19
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Siyasət 11:17
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Siyasət 10:56
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Ərdoğan Bakıya gəlir
Siyasət 10:34
Ərdoğan Bakıya gəlir
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Siyasət 10:28
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 10:28
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 09:56
"Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun"
Siyasət 09:52
"Rusiya-Türkiyə gərginliyin prezidentlərin görüşünə təsir edəcək"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol