• $ 1.7
  • € 1.9849
  • ₽ 0.021912
  • ₺ 0.0423
  • £ 2.3046

Qulu Məhərrəmli ekspertizaya etiraz etdi

Qulu Məhərrəmli ekspertizaya etiraz etdi
24.06.2016 12:12
Ələsgər Məmmədli: "Ekspertizanın müstəqil ekspertlərdən ibarət komissiya tərəfindən keçirilməsi məqsədəuyğundur” Rəşid Hacılı: Tənidə görə ölkənin ünlü ziyalılarından birini cinayət cəzası ilə təqib etmək bu moratoriuma meydan oxumaqdır”

Mətbuata açıqladığı fikirlərinə görə AzTV sədri Arif Alışanov tərəfindən məhkəməyə verilərək həbsi istənilən media mütəxəssisi, professor Qulu Məhərrəmli cinayət işi üzrə təyin edilmiş linqvistik ekspertizaya Bakı Dövlət Universitetindən mütəxəssislər cəlb olunmasına etiraz edib. 

Bizimyol.info saytına məlumat verən Qulu Məhərrəmli bildirib ki, bu barədəki vəsatətini dünən Yasamal rayon məhkəməsinə göndərib. 

Belə ki, Yasamal rayon məhkəməsinin müraciətinə əsasən, BDU-nun Azərbaycan dilçiliyi kafedrasının əməkdaşları - professor Zemfira Şahbazova və baş müəllim Təranə İsmayılova dilçi-mütəxəssis qismində linqvistik ekspertizaya cəlb ediliblər. "Mütəxəssis qismində adları çəkilən müəllimələrin heç birini şəxsən tanımıram. Onların layiqli insan, vicdanlı və  yaxşı dilçi olmalarına da şübhə etmirəm. Yalnız, burada xüsusi ittiham və cinayət təqibindən söhbət getdiyi üçün hər şey dürüst, ədalətli və şəffaf olmalıdır. 20 ilə yaxındır ki, BDU-da müəllimlik edirəm. Ona görə də eyni müəssisədə çalışan bir əməkdaşın başqa əməkdaş haqqında, xüsusən də ictimailəşmiş bir məsələ ilə bağlı rəy verməsi doğru deyil. Ekspertiza haqqında qanun da buna yol vermir" - deyə Q.Məhərrəmli bildirib.


Media hüququ üzrə ekspert Ələsgər Məmmədli Bizimyol.info saytına açıqlamasında deyib ki, materialların mübahisəli şəxsin iş yerinə göndərilməsi, ekspertizanın onun təmasda olduğu insanlarla aparılması kifayət qədər problemli məsələdir. "Çünki qanunvericiliyə görə şəxs faktiki tərəfsiz, proseslərdə tamamilə təsir altında olmayan biri olmalıdır. Bütün hallarda iş yoldaşı barədə ya neqativ, ya da pozitiv rəy verməlidir. O, özünü basqı altında hiss edəcək və bu baxımdan da obyektivliyi ciddi şübhə altına düşəcək. Bu baxımdan, ekspertizanın müstəqil ekspertlərdən ibarət bir komissiya tərəfindən keçirilməsi, heç bir dövlət qurumundan, heç bir şəxsdən asılı olmayan, Avropa İnsan Haqları Məhkəməsinin təcrübəsini bilən şəxslər cəlb olunması daha məqsədəuyğundur. Bu halda, daha doğru qənaətə gəlmək olardı. İndiki yanaşma isə qüsurludur və düşünmürəm ki, bu ekspertiza məhkəmənin qərar alması üçün yetərli olacaq"- deyə Ələsgər Məmmədli bildirib.

Media Hüququ İnstitununu rəhbəri Rəşid Hacılı Bizimyol.info saytına bildirib ki, bu günlərdə, diffamasiya ilə bağlı bir konfransda Prezidentin köməkçisi Əli Həsənov bildirib ki, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin tətbiqinə cənab prezident hələ 2009-cu ildən moratorium qoyub. "Ə.Həsənov qeyd etdi ki, bu moratorium hələ də aradan qaldırılmayıb. Maraqlı burasındadır ki, bu moratorium məhz prezidentin ən yaxınlığında olan bəzi vəzifəli şəxslər tərəfindən pozulur. Qulu müəllimin işi də bu qəbildəndir. Arif Alışanov birbaşa prezidentin vəzifəyə təyin etdiyi şəxsdir. Amma görünür bu moratoriumdan xəbəri yoxdur və məhkəmələri prezidentin elan etdiyi və Əli müəllimin xatırlatdığı bu moratoriumu pozmağı tələb edir. Tənidə görə ölkənin ünlü ziyalılarından birini cinayət cəzası ilə təqib etmək bu moratoriuma meydan oxumaqdır”.  

Qeyd edək ki, A.Alışanov və Q.Məhərrəmlinin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədə şərəf və ləyaqətinin təhqir olunduğunu, böhtan atıldığını hesab edərək, xüsusi ittiham qaydasında iddia ilə məhkəməyə müraciət edib. A.Alışanov iddiasında Qulu Məhərrəmlinin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrinə əsasən, cinayət məsuliyyətinə cəlb edilməsini və barəsində hökm çıxarılmasını xahiş edib. 

147-ci maddənin sanksiyasında yüz manatdan beş yüz manatadək miqdarda cərimə, iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər, bir ilədək müddətə islah işləri və ya altı aydan iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. 148-ci maddəyə əsasən isə yüz manatdan min manatadək miqdarda cərimə, iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər, bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İş Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatındadır. Proses zamanı müdafiə tərəfi heç bir təhqir və ya böhtan elementi olmadığını, sadəcə tənqidə yol verildiyini bildirərək, iddiaya səbəb olmuş materialların linqvistik ekspertizaya göndərilməsi ilə bağlı vəsatət veriblər. 

Həmçinin A.Alışanov Qulu Məhərrəmliyə qarşı mülki iddia da qaldırıb. Təkzib verilərək üzr istənilməsi, həmçinin 100.000 (yüz min) manat ödənilməsi tələb olunan iddia isə Nəsimi Rayon Məhkəməsinin hakimi Etibar Hümbətovun icraatındadır. Nümayəndəsinin Q.Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında iddia üzrə qərar verilənə qədər Nəsimi Rayon Məhkəməsində keçirilən iş üzrə icraatın dayandırılması barədə vəsatəti təmin olunub.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Azərbaycanda poliklinikaların sayı artırılır
Cəmiyyət 12:16
Azərbaycanda poliklinikaların sayı artırılır
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Cəmiyyət 12:13
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Cəmiyyət 12:06
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Cəmiyyət 11:52
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Cəmiyyət 11:48
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol