• $
  • £

Zakir Qaralov Lerikdə vətəndaşları qəbul etdi

Zakir Qaralov Lerikdə vətəndaşları qəbul etdi
28.05.2020 22:23
Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.
 
Baş Prokurorluğun mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov iyunun 24-də Lerik rayon prokurorluğunun inzibati binasında Lerik, Masallı, Lənkəran, Astara və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.
 
Qəbuldan əvvəl Baş prokuror və Lerik rayon İcra Hakimiyyətinin başçısı mərhum prezident Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Z.Qaralov bölgədə yaşayan 26 vətəndaşın müraciətində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.  

Göstərilənlərlə yanaşı, qeyd edilən rayonların prokurorlarının iştirakı ilə müşavirə keçirilməklə bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları onların diqqətinə çatdırılıb.
 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma - Video
Cəmiyyət 20:30
Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma - Video
Binəqədidəki yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 19:48
Binəqədidəki yanğın söndürülüb - Yenilənib
Son 1 həftədə təbiətə 73 mindən çox ziyan vurulub
Cəmiyyət 18:47
Son 1 həftədə təbiətə 73 mindən çox ziyan vurulub
Bu marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:18
Bu marşrutun hərəkət sxemi dəyişdirilir
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
Cəmiyyət 17:57
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
"Gəncə Sukanal" ləğv olunur
Cəmiyyət 17:19
"Gəncə Sukanal" ləğv olunur
Azərbaycanda 2025-ci ildə orta hesabla hər gün 53 yanğın baş verib
Cəmiyyət 17:02
Azərbaycanda 2025-ci ildə orta hesabla hər gün 53 yanğın baş verib
Deputat: Salyanda şagirdlər 4 növbədə oxumağa məcburdur
Cəmiyyət 16:16
Deputat: Salyanda şagirdlər 4 növbədə oxumağa məcburdur
Qubada kvadrisikl qəzaya uğrayıb, ölən var
Cəmiyyət 15:43
Qubada kvadrisikl qəzaya uğrayıb, ölən var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol