• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

İlham Əliyev: “Ordumuzun bütün ehtiyacları təmin edilir”

İlham Əliyev: “Ordumuzun bütün ehtiyacları təmin edilir”
25.06.2016 21:20
"2011-ci ildə imzaladığım müvafiq sərəncam əsasında 20 il ərzində qüsursuz xidmət göstərmiş hərbçilərə dövlət vəsaiti hesabına mənzillər verilir. Bu proqram çərçivəsində artıq 900-ə yaxın hərbçi mənzillə təmin edilib, 100-lə hərbçinin mənzil-məişət problemi yaxın zamanlarda öz həllini tapacaq”.
 
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binanın açılışında hərbçilərlə görüşdə söyləyib. 
 
Dövlət başçısı deyib ki, bu proqramın icrası üçün bu günə qədər dövlət büdcəsindən 100 milyon manatdan çox vəsait ayrılıb: "Biz  ordumuzu gücləndirir, maddi-texniki bazasını möhkəmləndiririk. Bununla bərabər, hərbçilərin sosial problemləri həllini tapır. Hərbçilərin xidmət şəraiti də yaxşılaşır. Müvafiq göstərişlər əsasında bu gün Azərbaycanın müxtəlif yerlərində yerləşən hərbi hissələrdə, hərbi şəhərciklərdə təmir-bərpa işləri aparılır. Yeni hərbi bazalar tikilir. Keçən il Silahlı Qüvvələr Günü ərəfəsində Bakıda Xəzər sahilində tikilmiş Hərbi Dəniz Qüvvələrinin bazasının açılışını qeyd etmişdik. Bu baza Xəzərdə ən böyük hərbi obyektlərdən biridir və orada bütün şərait yaradılıb. Digər hərbi hissələrdə də təmir-bərpa işləri aparılır. Vəzifə qoymuşam ki, bir dənə də təmirsiz hərbi hissə olmasın. Hərbçilərin xidmət və yaşayış şəraiti yaxşı olmalıdır. Bu, bir daha Azərbaycanda ordu quruculuğu prosesinə çox böyük diqqət göstərildiyini göstərilir və bu da təbiidir. Hər bir ölkə, xüsusi ilə müharibə şəraitində yaşayan ölkə bunu etməlidir”.
 
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın iqtisadiyyatı inkişaf edir, maliyyə imkanları genişlənir: "Dövlət büdcəsinin əsas xərcləri hərbi məqsədlərə sərf olunur. Büdcə xərclərinin artması nəticəsində son illər Azərbaycanda görülən işlər göz qabağındadır. Bu gün maddi-texniki təchizat baxımından güclü ordular sırasındadır. Son illər əldə etdiyimiz silah, sursat, texnika ən yüksək standartlara cavab verir. Bu gün ordumuz yüksək dəqiqliyə malik silahlardan istifadə edir. Yəni ordumuzun bütün ehtiyacları təmin edilir”.
 
Dövlət başçısı qeyd edib ki, son illər hərbi hissələrdə əsgərlər mülki işlərə də cəlb olunmurlar: "Onların yerinə mülki şəxslər cəlb edilib. Biz burada iki məqsəd güdürük. İlk növbədə əsgərlər orduda xidmət etməlidir və öz peşəkarlığını artırmalıdırlar. Digər tərəfdən, bu, mülki şəxslər üçün yeni iş yerlərinin açılması deməkdir. Artıq bu proqram çərçivəsində minlərlə mülki şəxs hərbi hissələrdə işləyir, yaxşı maaş alırlar. Mən hərbi hissələrdə olarkən onlarla da söhbət edirəm və görürəm ki, onlar da bu işlərdən çox razıdırlar. Azərbaycanda ordu quruculuğu məqsədli və planlı şəkildə aparılır”.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DTX Bakıda xüsusi əməliyyat keçirib
Siyasət 11:46
DTX Bakıda xüsusi əməliyyat keçirib
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
Siyasət 11:19
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Siyasət 11:17
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Siyasət 10:56
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Ərdoğan Bakıya gəlir
Siyasət 10:34
Ərdoğan Bakıya gəlir
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Siyasət 10:28
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 10:28
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 09:56
"Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun"
Siyasət 09:52
"Rusiya-Türkiyə gərginliyin prezidentlərin görüşünə təsir edəcək"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol