• $
  • £

Gənclər təşkilatları Çili Parlamentinin qərarına etirazı etdilər

Gənclər təşkilatları Çili Parlamentinin qərarına etirazı etdilər
28.05.2020 22:11
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə ölkənin aparıcı gənclər təşkilatları və fəal gənclər tərəfindən Çili parlamentində bir qrup ermənipərəst millət vəkillərinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə etiraz əlaməti olaraq Çili Respublikasının prezidenti, xarici işlər naziri, parlamentin spikeri və deputatlarına Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini izah edən və sözügedən qətnamənin qərəzli xarakter daşıdığını sübut edən etiraz müraciəti göndərilib.

Gənclərimizin fəal mövqe nümayiş etdirməsi nəticəsində Çili Prezidentinin Yazışmalar üzrə İdarə Sistemi vasitəsi ilə müraciətimizə rəsmi cavab olaraq göndərilən məktubda Çili Deputatlar Palatası tərəfindən qəbul edilmiş 565 nömrəli qətnamənin ləğv edilməsi müraciətinin daxil olmasının Çili Prezidenti xanım Mişel Baçelet Xerianın xüsusi icraçısı tərəfindən təsdiq edildiyi qeyd olunub.

Məktubda vurğulanıb ki, müraciət Çili xarici işlər nazirinin Kabineti tərəfindən Dövlət Katibliyinin Avropa Məsələləri idarəsinə yönləndirilmiş və həmin idarə Çili Millət vəkilləri Palatası tərəfindən qəbul edilmiş 565 nömrəli qətnamə ilə bağlı Azərbaycan Respublikasının nümayəndələri ilə məsələnin müzakirə edilməsi üçün görüşlər keçirilib və Azərbaycanın Çilidəki Səfirliyinə diplomatik nota təqdim edilib.

Çili hökuməti Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mövqeyini təsdiq edərək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü tanıdığını, qondarma "Dağlıq Qarabağ Respublikası”nı tanımadığını, Minsk Qrupu çərçivəsində aparılan sülh prosesini dəstəklədiyini, Ermənistan və Azərbaycan arasındakı münaqişəyə dair BMT-nin Qətnamələri vasitəsi ilə bu vəziyyətin çözülməsi üçün həyata keçirilən səyləri dəstəklədiklərini təsdiq edib.

Qeyd edək ki, aprel ayında Çili Respublikasının Deputatlar Palatası tərəfindən Azərbaycanın əks-hücumunu qınayan "Dağlıq Qarabağ Respublikasına qarşı Azərbaycan qoşunlarının hücumunun pislənməsi haqqında” 565 nömrəli qətnamə qəbul olunub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Siyasət 20:06
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Əli Əsədov Murat Kurumla görüşüb
Siyasət 18:30
Əli Əsədov Murat Kurumla görüşüb
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Siyasət 16:08
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Siyasət 13:01
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Siyasət 11:29
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Baş nazir quru sərhədlərdən danışıb
Siyasət 11:18
Baş nazir quru sərhədlərdən danışıb
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Siyasət 23:16
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Siyasət 22:00
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - Video
Siyasət 21:16
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol