• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Dillər Universitetində Çin Kommunist Partiyasının ildönümü qeyd olundu

Dillər Universitetində Çin Kommunist Partiyasının ildönümü qeyd olundu
29.06.2016 21:32
İyunun 29-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin Kommunist Partiyasının yaranmasının 95-ci ildönümünə həsr olunmuş "İpək Yolu iqtisadi kəməri” proqramının həyata keçirilməsində "Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyasının rolu” adlı elmi tələbə seminarı keçirildi.

Seminarda Azərbaycan tərəfindən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında hərtərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini bildirdi. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu yaxınlarda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikasının Dövlət Şurası sədrinin birinci müavini Can Qaolinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbulu zamanı onun Çindən Avropaya və geriyə yüklərin daşınmasında Azərbaycanın tranzit rolu, həmçinin İpək Yolu infrastrukturunun yaradılması və inkişafına qarşılıqlı maraq olduğunu söylədiyini vurğuladı.

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Ülkər Əliyeva Yaxın Şərqdə Çinin iqtisadi siyasətinin xüsusiyyətləri haqqında danışdı.

Seminarda çıxış edən ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri öz məruzələrində Azərbaycan və Çinin iki hakim partiyasının iqtisadi siyasəti, iki dövlət arasında siyasi əməkdaşlıq və partiyalararası dialoqun uğurlu inkişafı, "İpək Yolu iqtisadi kəməri” proqramının həyata keçirilməsində partiyaların rolu, "İpək Yolu iqtisadi kəməri” və "XXI əsrin Dəniz İpək Yolu” layihələrini birləşdirən mədəni, elmi və tələbə mübadiləsinin genişləndirilməsinə yönəlmiş "Bir Kəmər, Bir Yol”  konsepsiyasının məqsədləri haqqında məlumat verdilər.

Digər çıxışçılar Çin Xalq Respublikasının (ÇXR) Təhsil Nazirliyinin Çin dilinin xaricdə yayılması üzrə Dövlət Dəftərxanasının (Hanban) qərarı ilə ADU-da yaradılan Konfutsi İnstitutunun Çin dilinin tədrisi və Azərbaycan ictimaiyyətinin Çin mədəniyyəti ilə tanış olmaq məqsədi daşıması ilə yanaşı "Bir Kəmər, Bir Yol”  konsepsiyasının həyata keçirilməsinin elmi-tədqiqat işlərinin aparılmasına töhfə verəcəyini bildirdilər. 

Seminarda Çin Xalq Respublikasının (ÇXP) Azərbaycandakı səfirliyinin Siyasi məsələlər üzrə müşaviri Li Tszin Sonq və müşavirin katibi Sya Fan, ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova da iştirak edirdi.  



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdərənin Vəngli kəndinə daha 10 ailə yola salınıb
Cəmiyyət 12:17
Ağdərənin Vəngli kəndinə daha 10 ailə yola salınıb
Qazaxda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb
Cəmiyyət 12:00
Qazaxda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb
Pirotexniki vasitələr satan 20 nəfər saxlanılıb
Cəmiyyət 11:38
Pirotexniki vasitələr satan 20 nəfər saxlanılıb
Rayonlara qar yağıb - Faktiki hava
Cəmiyyət 11:10
Rayonlara qar yağıb - Faktiki hava
DİN bayramda azad olunan ərazilərə gedəcək şəxslərə müraciət edib
Cəmiyyət 10:23
DİN bayramda azad olunan ərazilərə gedəcək şəxslərə müraciət edib
Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 09:30
Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək
Cəmiyyət 23:54
Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək
Gəncədə evdən qadın meyiti tapılıb
Cəmiyyət 23:33
Gəncədə evdən qadın meyiti tapılıb
AZAL ilk dəfə Qahirədən Bakıya birbaşa uçuş həyata keçirib
Cəmiyyət 22:35
AZAL ilk dəfə Qahirədən Bakıya birbaşa uçuş həyata keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol