• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

"Erməni soyqırımı"na görə 1 il həbs və 45 min avro cəza

02.07.2016 17:00
Fransa milli yığıncağı qondarma soyqırımın inkarı ilə bağlı dəyişikliyi qəbul etdi.

Fransa parlamenti  "erməni soyqırımı”nı inkar edənlərə qarşı cəza nəzərdə tutan yeni qanun layihəsini bəyənib. ANS PRESS-in məlumatına görə, Fransa parlamentinin aşağı palatası hökumətin təqdim etdiyi  "Bərabərlik və vətəndaşlıq" qanun layihəsinə düzəlişi qəbul edib.

Düzəlişə görə, "erməni soyqırımı" faktını inkar edənlərə cəza tətbiq ediləcək.  Qanun layihəsində xüsusi qeyd olunur ki, "erməni soyqırımı"nı tanımayanları bir il müddətinə azadlıqdan məhrumetmə cəzası və 45 min avro cərimə gözləyir. Qanun layihəsi baxılmaq üçün Senata təqdim ediləcək. 

Bu ilin yanvarında Fransa prezidenti Fransua Olland Avropa İnsan Haqları Məhkəməsinin keçmiş sədri Jan-Pol Kostaya "erməni soyqırımı”nı inkar edənlərə qarşı cəza nəzərdə tutan yeni qanun layihəsini işləməyi tapşırıb.

Fransanın erməni təşkilatlarının Koordinasiya Şurasıyla keçirdiyi ənənəvi illik görüşün gedişatında Olland bu barədə ən tanınmış hüquqşünasa Jan-Pol Kostaya tapşırıq verdiyini qeyd edib. Prezident "erməni soyqırımı”nın inkarı üçün cəza nəzərdə tutan yeni qanun layihəsinin ölkənin qanunverici sistemində ləyaqətli yeri tutacağına ümid etdiyini bildirib.

2012-ci ilin fevralında Fransa Konstitusiya Şurası parlamentin qəbul etdiyi "erməni soyqırımı”nın inkar edilməsinə görə cəza tətbiqini nəzərdə tutan qanunu ləğv edib. Olland bunu ermənilərin və fransızların böyük məğlubiyyəti adlandırıb: "Əgər yeni qanun Konstitusiya Şurası tərəfindən ləğv edilərsə və ya Fransanın Avropa İnsan Haqları Məhkəməsi qarşısında cavabdehliyi ilə nəticələnərsə, o zaman bu, ölkəmiz və erməni məsələsi üçün dəhşətli bir məğlubiyyətə çevriləcək, inkaretmənin qələbəsi olacaq".
 
 
Fransa prezidenti - Fransua Olland

Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il "soyqırım"ı tanıyıblar.

2012-ci ilin fevralında Fransa Konstitusiya Şurası qondarma soyqırımının inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu ləğv edib. Şura söz və ifadə azadlığına zidd olduğunu əsas gətirərək bu qanunu ləğv edib.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Moskvada sarı xəbərdarlıq elan olunub
Dünya 11:13
Moskvada sarı xəbərdarlıq elan olunub
Tailand və Kamboca arasında atəşkəs sazişi imzalanıb
Dünya 09:46
Tailand və Kamboca arasında atəşkəs sazişi imzalanıb
Tramp və Zelenskinin görüş tarixi məlum olub
Dünya 08:55
Tramp və Zelenskinin görüş tarixi məlum olub
ABŞ-da qar səbəbindən 1600-dən çox uçuş ləğv edilib
Dünya 08:53
ABŞ-da qar səbəbindən 1600-dən çox uçuş ləğv edilib
Naməlum şəxs Paris metrosunda qadınlara bıçaqla hücum edib
Dünya 23:35
Naməlum şəxs Paris metrosunda qadınlara bıçaqla hücum edib
Tramp, Zelenski və Aİ liderlərinin onlayn görüşü keçiriləcək
Dünya 22:30
Tramp, Zelenski və Aİ liderlərinin onlayn görüşü keçiriləcək
Malatyada Yeni ildə terror aktı hazırlayan İŞİD üzvü saxlanılıb
Dünya 22:02
Malatyada Yeni ildə terror aktı hazırlayan İŞİD üzvü saxlanılıb
Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək
Dünya 21:25
Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək
Türkiyə XİN Suriyadakı terroru pisləyib
Dünya 20:30
Türkiyə XİN Suriyadakı terroru pisləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol