Üç gün ərzində Türkiyəyə turlar rusiyalı turistlər arasında ən populyar istiqamət olub
Türkiyə turizm agentlərinin dövriyyəsinin 35%-ni təşkil edib
Rusiyanın Türkiyəyə turlar satışı ilə bağlı qadağanı aradan qaldırmasından sonra Türkiyə, satılmış səyahət biletlərinə əsasən, rusiyalı turistlər arasında ən populyar istiqamət olub.
"Report" RNS-ə istinadən xəbər verir ki, Türkiyə turizm agentlərinin dövriyyəsinin 35%-ni təşkil edib.
Xatırladaq ki, iyunun 29-da Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bundan sonra V.Putin Nazirlər Kabinetinə Türkiyə ilə ticari-iqtisadi sahədə ikitərəfli əməkdaşlığı bərpa etməklə bağlı qarşı tərəflə danışıqlara başlamaq üçün tapşırıq verdiyini bildirib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox