• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

​Türkiyə prezidenti: "Terroru törədənlərin arasında Dağıstan, Qırğızıstan və Tacikstandan olanlar da var"

​Türkiyə prezidenti:
05.07.2016 11:39
 "Qaçqınlar arasında yüksək ixtisaslı insanlar, mütəxəssislər var və ölkəmizdə onlara qiymət vermək imkanımız var. Ortaq dəyərlərimiz olan insanlardan həm biz istifadə edərik, həm də onlar qeyri-insani vəziyyətdən qurtularlar".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bayram namazından sonra jurnalistlərə Suriya və İraqdan olan qaçqınlara Türkiyə vətəndaşlğı verilməsi iə bağlı sualı cavablandırarkən deyib.

Rəcəb Tayyib Ərdoğna deyib ki, ixtisaslı suriaylı qaçqınların əməyindən və qabiliyyətindən Türkiyənin sənaye bölgələrində istifadə edəcəklər.

Onun sözlərinə görə, İstanbuldakı Atatürk hava limanında törədilən terror atkı ilə bağlı 30 nəfər şübhəli tutulub: "Onların arasında Dağıstan, Qırğızıstan, Tacikistandan olanlar da var. Təəssüflər olsun ki, şimali Qafqaz respublikalarından olanlar da onların arasındadır. Hadisə təbii ki tamamilə İŞİD üsulu ilə törədilib".

Türkiyə prezidenti Rusiya və İsraillə münasibətlərin qurulması məsələsi Misirlə əlaqələrin bərpasından fərqləndiyini bildirib: "Bizim Misir xalqı ilə problemimiz yoxdur. Əsas problem bu ölkənin hakimiyyətindədir. Məhəmməd Mursi (Misirin devrilmiş prezidenti) və onun tərəfdarlarına qarşı irli sürülən ittihamlar əsassızdır. Biz həmin ittihamla əsasən çıxarılan hökmləri qəbul etmirik. Belə bir zülmə "bəli" deməyimiz mümkün deyil".

R.T.Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşü haqda da danışıb: "Xarici işlər nazirmiz Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Soçidə keçirdiyi görüşün nəticələrinə görə iyulun sonu və ya avqustun əvvəlində, yəni "G-20"nin Zirvə toplantısından əvvəl görüşəcəyimiz istisna deyil. Bu haqda qərar hələ qəti olaraq qəbul edilməyib".
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə və Rusiya prezidentlərinin Çində sentyabrın 4-də "Böyük-20"-nin ("G-20") sammitində, bundan sonra isə avqustun 4-də Soçidə görüşəcəyi haqda məlumat yayılmışdı.  

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Moskvada sarı xəbərdarlıq elan olunub
Dünya 11:13
Moskvada sarı xəbərdarlıq elan olunub
Tailand və Kamboca arasında atəşkəs sazişi imzalanıb
Dünya 09:46
Tailand və Kamboca arasında atəşkəs sazişi imzalanıb
Tramp və Zelenskinin görüş tarixi məlum olub
Dünya 08:55
Tramp və Zelenskinin görüş tarixi məlum olub
ABŞ-da qar səbəbindən 1600-dən çox uçuş ləğv edilib
Dünya 08:53
ABŞ-da qar səbəbindən 1600-dən çox uçuş ləğv edilib
Naməlum şəxs Paris metrosunda qadınlara bıçaqla hücum edib
Dünya 23:35
Naməlum şəxs Paris metrosunda qadınlara bıçaqla hücum edib
Tramp, Zelenski və Aİ liderlərinin onlayn görüşü keçiriləcək
Dünya 22:30
Tramp, Zelenski və Aİ liderlərinin onlayn görüşü keçiriləcək
Malatyada Yeni ildə terror aktı hazırlayan İŞİD üzvü saxlanılıb
Dünya 22:02
Malatyada Yeni ildə terror aktı hazırlayan İŞİD üzvü saxlanılıb
Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək
Dünya 21:25
Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək
Türkiyə XİN Suriyadakı terroru pisləyib
Dünya 20:30
Türkiyə XİN Suriyadakı terroru pisləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol