• $
  • £

Obama Dallasda baş verənləri planlaşdırılmış hadisə adlandırdı

Obama Dallasda baş verənləri planlaşdırılmış hadisə adlandırdı
29.05.2020 07:00
"Amerika Dallasda baş verən atışma ilə bağlı dəhşət içərisindədir”.
 
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ prezidenti Barak Obama deyib. O, baş vermiş hadisəni heç bir bəhanəsi olmayan planlaşdırılmış, dəhşətli və alçaq hücum adlandırıb: "Hər bir amerikalı adından deyə bilərəm ki, biz bu hadisələrdən dəhşətə gəlmişik. Dallas əhalisi və polis departamentinə başsağlığı veririk”.
 
Prezident qeyd edib ki, polislərin qətlinin araşdırılmasına Federal Təhqiqatlar Bürosu da cəlb olunub.
 
Qeyd edək ki, Dallas şəhərində baş vermiş hadisələrə görə məsuliyyəti  "Black Power” ("Qara güc”) qruplaşması öz üzərinə götürüb. Qrupun "Facebook” səhifəsində bildirilib ki, snayperlər 5 polisi öldürüb və bu addımlar davam etdiriləcək.
 
Xatırladaq ki, iyulun 8-nə keçən gecə Dallasda zorakılıq hallarına qarşı baş verən aksiya zamanı bir qrup şəxs 11 polis əməkdaşına atəş açıb. Polislərdən 5-i ölüb, digərləri yaralanıb. Hadisə ilə bağlı 4 şübhəli şəxs zərərsizləşdirilib.
 
Aksiyalar iki qaradərilinin polis tərəfindən öldürülməsinə etiraz olaraq keçirilir. İyulun 6-da Minnesota ştatında sənəd yoxlamaq məqsədilə avtomobili saxlayan polis əməkdaşı sükan arxasındakı 32 yaşlı qaradərili Filando Kastilə atəş açaraq onu öldürüb. Olayın videosu sosial şəbəkələrdə yayılıb və əhali arasında kəskin etiraza səbəb olub. Digər analoji hadisə isə Luiziana ştatında baş verib. Burada asayiş keşikçiləri qaradərili Alton Sterlinqə atəş açaraq onu öldürüblər. İnsident Baton Ruj şəhərində iyulun 5-nə keçən gecə baş verib. Bu hadisənin də əks olunduğu video sosial şəbəkələrdə yayılıb.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
Dünya 12:00
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Dünya 09:55
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Dünya 23:10
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
Dünya 21:56
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Dünya 20:39
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Dünya 19:35
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
Dünya 18:40
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
İlber Ortaylı vəfat edib
Dünya 17:00
İlber Ortaylı vəfat edib
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
Dünya 16:15
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol