• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Braziliya prezidenti: Təslim olmayacam

Braziliya prezidenti: Təslim olmayacam
09.07.2016 12:31
"Məndən xahiş etdilər, məni razı salmaq istədilər, hətta mənə təzyiq göstərdilər ki, könüllü olaraq vəzifəmdən istefa verim. Amma mən bunu heç vaxt etməyəcəyəm, çünki mənə 54 milyon insan səs verib”.

ANS PRESS-in məlumatına görə, bunu bir müddət öncə impiçmentə göndərilən Braziliya prezidenti Dilma Russef deyib. Senat tərəfindən prezidentlik kürsüsündən müvəqqəti kənarlaşdırılan Russef istefa verməyəcəyini bəyan edib. 

"Mən təslim olmayacağam. Mənim şərəf və ləyaqətim var", yerli "Telesur" kanalının məlumatına görə, o femninist hərəkatının üzvləri ilə San Pauluda keçirilən görüşündə belə deyib. 

Mayın 12-də Senat Dilma Russefə qarşı impiçment prosedurunun davam etməsini dəstəkləyib. Buna görə də Braziliya Prezidenti müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb, onun səlahiyyətlərini isə vitse-prezident Mişel Temer yerinə yetirir. Senatorlar 180 gün ərzində impiçment təşəbbüskarlarının prezidentlə bağlı ittihamlarını araşdıracaq.

Əgər yekun səsvermədə Senatın üzvləri bu ittihamlarla razılaşarlarsa Dilma Dussef istefaya göndəriləcək, Mişel Temer isə 2018-ci ildə keçiriləcək seçkilərə qədər prezident səlahiyyətlərini icra edəcək. Senatın üzvləri ittihamlarla razılaşmayacaqları təqdirdə isə Dilma Russef vəzifə səlahiyyətlərini yerinə yetirməyə başlayacaq.

Yekun qərarın avqustun sonunda veriləcəyi gözlənilir.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tailand və Kamboca arasında atəşkəs sazişi imzalanıb
Dünya 09:46
Tailand və Kamboca arasında atəşkəs sazişi imzalanıb
Tramp və Zelenskinin görüş tarixi məlum olub
Dünya 08:55
Tramp və Zelenskinin görüş tarixi məlum olub
ABŞ-da qar səbəbindən 1600-dən çox uçuş ləğv edilib
Dünya 08:53
ABŞ-da qar səbəbindən 1600-dən çox uçuş ləğv edilib
Naməlum şəxs Paris metrosunda qadınlara bıçaqla hücum edib
Dünya 23:35
Naməlum şəxs Paris metrosunda qadınlara bıçaqla hücum edib
Tramp, Zelenski və Aİ liderlərinin onlayn görüşü keçiriləcək
Dünya 22:30
Tramp, Zelenski və Aİ liderlərinin onlayn görüşü keçiriləcək
Malatyada Yeni ildə terror aktı hazırlayan İŞİD üzvü saxlanılıb
Dünya 22:02
Malatyada Yeni ildə terror aktı hazırlayan İŞİD üzvü saxlanılıb
Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək
Dünya 21:25
Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək
Türkiyə XİN Suriyadakı terroru pisləyib
Dünya 20:30
Türkiyə XİN Suriyadakı terroru pisləyib
İsraildə terror aktı olub, ölənlər və yaralananlar var
Dünya 20:07
İsraildə terror aktı olub, ölənlər və yaralananlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol