• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

İlham Əliyev: “Dünyada təhlükələr artır”

İlham Əliyev: “Dünyada təhlükələr artır”
10.07.2016 18:17
"Dünyada təhlükələr artır, iqtisadi böhran daha da dərinləşir. Bütün ölkələr bu böhrandan bu və ya digər şəkildə əziyyət çəkir”.
 
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.
 
Dövlət başçısı deyib ki, Azərbaycanda uğurlu inkişaf təmin edilib, ictimai-siyasi vəziyyət sabitdir, ölkənin qarşısında duran vəzifələr həll olunur: "Bu ilin 6 ayında Azərbaycanın xarici siyasəti fəal olub. 10-dan çox dövlət və hökumət başçısı Azərbaycana səfərə gəlib. Mənim də xarici ölkələrə səfərlərim Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edib”.
 
Prezident İlham Əliyev bildirib ki, bu ilin 6 ayında ümumdaxili məhsulun (ÜDM) azalmasına baxmayaraq, sənaye və kənd təsərrüfatında, o cümlədən qeyri-neft artım müşahidə olunur: "Bu ilin 6 ayında ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub və xarici investorlar üçün Azərbaycan cəlbedici ölkə olaraq qalır. Son 6 ayda 78 min daimi iş yeri açılıb, sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb”.
 
Dövlət başçısı qeyd edib ki, 2016-cı il tarixdə dərin islahatlar ili kimi qalacaq: "Strateji nəqliyyat və enerji layihələri uğurla icrası istiqamətində də tədbirlər davam etdirilir”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
İqtisadiyyat 15:54
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol