• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

"Putin danışıqlar prosesindən məmnundur"

11.07.2016 21:30
Moskva Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə gələcək addımları daha dəqiq müəyyənləşdirməyə ümid edir.

Oxu.Az məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə deyib.

Onun sözlərinə görə, münaqişənin nizamlanması prosesi davam edir və Rusiya Prezidenti danışıqlar prosesindən məmnundur.

S.Lavrov qeyd edib ki, məhz Rusiya Prezidentinin tapşırığı ilə Yerevana səfər edib və hazırda Bakıdadır: 

"Ümid edirik ki, bugünkü görüş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə gələcək addımları daha dəqiq müəyyənləşdirməyə imkan verəcək”.

O əlavə edib ki, Rusiya və Azərbaycan arasında münasibətlərdə ikitərəfli gündəlik çox sıxdır.

Nazir, həmçinin hökumətlərarası komissiyanın iclası və sentyabrda Bakıda keçiriləcək humanitar forum daxil olmaqla, qarşıdakı tədbirləri vurğulayıb: 

"Biz bütün istiqamətlərdə əməkdaşlığın inkişafında maraqlıyıq”.

Astanada keçiriləcək Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasına toxunan nazir deyib ki, tərəflər səyləri davam etdirəcək və nəticə əldə etməyə çalışacaqlar.

S.Lavrov Rusiya Prezidenti Vladimir Putinin salamını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DTX Bakıda xüsusi əməliyyat keçirib
Siyasət 11:46
DTX Bakıda xüsusi əməliyyat keçirib
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
Siyasət 11:19
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Siyasət 11:17
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Siyasət 10:56
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Ərdoğan Bakıya gəlir
Siyasət 10:34
Ərdoğan Bakıya gəlir
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Siyasət 10:28
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 10:28
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 09:56
"Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun"
Siyasət 09:52
"Rusiya-Türkiyə gərginliyin prezidentlərin görüşünə təsir edəcək"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol