• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Əfqanıstan “ASAN xidmət” modelini tətbiq edir - Fotolar

Əfqanıstan “ASAN xidmət” modelini tətbiq edir - Fotolar
13.07.2016 12:17
12-13 iyul 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti Əfqanıstan İslam Respublikasında səfərdədir. 

Bu barədə Dövlət Agentliyindən ANN.Az-a bildirilib.
 
Məlumata görə, iyulun 12-də Əfqanıstan Prezidentinin sarayında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib. Anlaşma Memorandumu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Əfqanıstan Respublikasının Maliyyə Nazirliyi arasında imzalanıb. Memorandumun məqsədi Azərbaycanın "ASAN xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi mexanizminin təsis edilməsidir.

İmzalanma mərasimində Əfqanıstanın nazirləri, millət vəkilləri və digər yüksək vəzifəli nümayəndələri iştirak ediblər. Mərasimdən sonra mətbuat konfransı keçirilib. Dövlət Agentliyinin sədri İ.Kərimov Azərbaycan-Əfqanıstan dostluq və tərəfdaşlıq münasibətlərindən danışıb. O, son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən iqtisadi, sosial və dövlət idarəçilyi sahəsində həyata keçirilən uğurlu islahatlardan və bu islahatların tərkib hissəsi olan "ASAN xidmət”in fəaliyyətindən bəhs edib.

Əfqanıstanın maliyyə naziri E.Hakimi dövlət xidmətlərinin göstərilməsi sahəsində məhz Azərbaycan modelinin seçilməsi ilə bağlı məmnunluğunu bildirib və növbəti illərdə onun uğurla tətbiqinə əminliyini ifadə edib. 

Qeyd edək ki, artıq Əfqanıstanda eyniadlı qurum təsis edilibdir (asan.gov.af).

Daha sonra Anlaşma Memorandumunu imzalayan tərəflər dövlət başçısının sarayında Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani tərəfindən qəbul edilib.     





www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Dünya 12:20
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Çində güclü partlayış: 42 ölü - Fotolar
Dünya 11:18
Çində güclü partlayış: 42 ölü - Fotolar
Dünyanın ən bahalı şəhərləri - Fotolar
Dünya 10:47
Dünyanın ən bahalı şəhərləri - Fotolar
Dünya 10:08
"11 sentyabr hücumlarını Səudiyyə Ərəbistan maliyyələşdirib" - Fotolar
Dünyanın ən dəyərsiz valyutaları - SİYAHI+FOTOLAR
Dünya 08:55
Dünyanın ən dəyərsiz valyutaları - SİYAHI+FOTOLAR
Di Kaprio yeni il tətilini belə keçirir
Dünya 08:54
Di Kaprio yeni il tətilini belə keçirir
Yandırılan pilota görə kraliça Raniaya etiraz etdilər - FOTOLAR
Dünya 08:33
Yandırılan pilota görə kraliça Raniaya etiraz etdilər - FOTOLAR
Parisdə terror aktları nəticəsində ölənlərin sayı 132-yə çatdı - Fotolar
Dünya 07:36
Parisdə terror aktları nəticəsində ölənlərin sayı 132-yə çatdı - Fotolar
Dante İŞİD-ın hədəfində - Fotolar
Dünya 06:46
Dante İŞİD-ın hədəfində - Fotolar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol