• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Nazir: "Məqsəd qoyulur ki, məktəbəqədər təhsil ölkənin 90 faizinə çatdırılsın"

Nazir:
14.07.2016 12:55
"Məktəbəqədər təhsil bütün təhsil pillərindən ölkənin orta və uzun müddətli sosial iqtisadi inkişafına təsir edən ən vacib təhsil pilləsidir". 

ANN.Az xəbər verir ki, bu sözləri təhsil naziri Mikayıl Cabbarov deyib. O, Azərbaycanda məktəbəqədər təhsilə hazırlığın səviyyəsinin qənaətbəxş olmadığını qeyd edib: 

"Məqsəd qoyulur ki, məktəbəqədər təhsil ölkənin 90 faizinə çatdırılsın. Bu gün göstərici 20 faizdən aşağıdır. Son illərdə ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkənin bütün regionlarında uşaq bağçaları və məktəbəqədər təhsil müəssisələri tikilib. Qanunvericilikdə xüsusi dəyişiklər edilib. Nazirlik iki il bundan əvvəl Bakı məktəblərində pullu məktəbəqədər hazırlıq kurslarını təşkil edib. Bu kursların ödənişli olmasının səbəbi dövlət büdcəsində məktəbəqədər hazırlıq üçün Təhsil Nazirliyinə aid hər hansı vəsaitin nəzərdə tutulmamasıdır. Uşaq bağçaları isə yerli icra hakimiyyətləri tərəfindən maliyyələşdirilir".

Nazir bildirib ki, Bakı məktəblərində tətbiq edilən məktəbəqədər hazırlıq kursları layihəsi uğurlu olub və minlərlə vətəndaş öz uşaqlarını həmin kurslara cəlb edib: "Bu öz növbəsində həmin uşaqların məktəb göstəricilərinə müsbət təsir göstərir. Belə trendi müşahidə edərək Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Təhsil Məsələləri üzrə Dövlət Komissiyası bunu ölkə üzrə tətbiq edilməsini müzakirə edib. Nazirlər Kabineti qarşısında vəsatət qaldırdıq. Bunun isə ödənişli əsaslarla deyil, dövlət büdcəsi hesabına hər bir vətəndaşın uşağı təmin olunmasına qərar verildi.  Bu qərarın həyata keçirilməsi üçün hazırlıq işləri aparmalıyıq ki, hansı məktəblərdə maddi texniki baza imkan verirsə orada tətbiq edək.  Məlumdur ki, bir sıra məktəblərdə maddi texniki baza yaxşılaşdırılıb və həmin məktəblərdə ödənişsiz kurslar təşkil ediləcək. Nəticədə məktəbəqədər təhsilin əhatə dairəsi mövcud səviyyədən bir neçə dəfə qalxacaq".

Nazir qeyd edib ki, bu layihə tamamilə könüllüdür: "İstənilən valideyn öz övladını məktəbəqədər təhsilə cəlb edə bilər. Onlar belə bir qərar verdiyi təqdirdə uşaqların təhsili dövlət tərəfindən təmin olunacaq".


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Azərbaycanda poliklinikaların sayı artırılır
Cəmiyyət 12:16
Azərbaycanda poliklinikaların sayı artırılır
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Cəmiyyət 12:13
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Cəmiyyət 12:06
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Cəmiyyət 11:52
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Cəmiyyət 11:48
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol