• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Francois Hollande bərbərinə 10 min avro verir

Francois Hollande bərbərinə 10 min avro verir
14.07.2016 20:00
Fransada "Feysbuk” istifadəçiləri prezident Francois Hollandaya yeni saç düzümü düzəltməklə yeni oyunla əylənirlər.

Onlar prezidentin başında Marqaret Teççer və onun keçmiş həyat yoldaşından tutmuş müxtəlif saç formalarını yoxlayırlar.

Hay-küyü satirik qəzetlər doğurub.

Jurnalistlərin sözlərinə görə, prezidentin bərbəri ayda 10 min avro qazanır.

Hökumətin nümayəndəsi Stefan le Fol bunu təsdiqləyib və prezidentin şəxsi stilistinin ayda 9 985 avro qazandığını deyib.

Onun sözlərinə görə, usta buna görə işlədiyi salondan çıxmalı olub. Bundan başqa 24 saat ərzində işə hazır olmalıdır.

Amma məmurlar deyir ki, Francois Hollande keçmiş prezidenti Nikolas Sarkozyni əvəz etdikdən sonra Yelisey sarayının xərcləri 15-20 faiz azalıb.

Fransızlar adətən xarici görkəmə, stilə çox fikir verirlər, amma bu qiymət onları cinləndirib.

Paris sakinləri deyir ki, bu xalqın pulunu mənasız yerə məsrəf eləməkdir.

"Bu tam ağılsızlıqdır. Saça görə 9800 avro. Bu sadəcə dəhşət, ayıbdır. Özü də o saç üçün”.

Bəziləri isə zarafata salıb keçəl prezidentlə məzələnirlər.

"Düzünü desək onun saçında rəngləməkdən başqa , işləməyə bir şey də yoxdir. Hesab edirəm ki, o artıq pul xərcləyir”.

Paris sakini Yoxan da bunu məsrəfçilik sayır:

"10 min avro ? Yox.Az bula, bundan da yaxşı saç düzəltmək olar”.

Parisdəki salonlardan birinin sahibəsi Elen isə həmkarına paxıllıq edir. O deyir ki, bunu ayda yox, hətta ildə belə qazansaydı özünü xöşbəxt sayardı. (Azadliq.org)

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp və Zelenskinin görüş tarixi məlum olub
Dünya 08:55
Tramp və Zelenskinin görüş tarixi məlum olub
ABŞ-da qar səbəbindən 1600-dən çox uçuş ləğv edilib
Dünya 08:53
ABŞ-da qar səbəbindən 1600-dən çox uçuş ləğv edilib
Naməlum şəxs Paris metrosunda qadınlara bıçaqla hücum edib
Dünya 23:35
Naməlum şəxs Paris metrosunda qadınlara bıçaqla hücum edib
Tramp, Zelenski və Aİ liderlərinin onlayn görüşü keçiriləcək
Dünya 22:30
Tramp, Zelenski və Aİ liderlərinin onlayn görüşü keçiriləcək
Malatyada Yeni ildə terror aktı hazırlayan İŞİD üzvü saxlanılıb
Dünya 22:02
Malatyada Yeni ildə terror aktı hazırlayan İŞİD üzvü saxlanılıb
Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək
Dünya 21:25
Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək
Türkiyə XİN Suriyadakı terroru pisləyib
Dünya 20:30
Türkiyə XİN Suriyadakı terroru pisləyib
İsraildə terror aktı olub, ölənlər və yaralananlar var
Dünya 20:07
İsraildə terror aktı olub, ölənlər və yaralananlar var
İsrail Somalilendin müstəqilliyini rəsmən tanıyan ilk ölkə olub
Dünya 19:00
İsrail Somalilendin müstəqilliyini rəsmən tanıyan ilk ölkə olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol