• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Fethullah Gülen danışdı: «Çevriliş baş tutsaydı belə...»

Fethullah Gülen danışdı: «Çevriliş baş tutsaydı belə...»
18.07.2016 12:25
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ hökumətini Pennsilvaniya ştatında yaşayan müsəlman ruhanini təhvil verməyə çağırıb.

Amerikanın Səsi-nin məlumatına görə, televiziyada yayımlanan çıxışda Ərdoğan deyib ki, Türkiyə heç vaxt ABŞ-ın təhvil xahişini yerə salmayıb. O, Ankara ilə Vaşinqton arasında "strateji tərəfdaşlıq” arqumentini əsas gətirərək Saylorsburg qəsəbəsində yaşayan Fətullah Gülənin onun hökumətinə təhvil verilməsini tələb edib.

ABŞ Dövlət Katibi Con Kerri Obama administrasiyasının bu xahişi nəzərdən keçirməyə hazır olduğunu bildirib, lakin qeyd edib ki, Türkiyə hökuməti Gülənin çevrilişdə əli olduğunu sübut etməlidir.

Gülən ABŞ-ın şimal şərqində yerləşən Pennsilvaniya ştatındakı iqamətgahında müxbirlərlə söhbətində çevriliş haqda qabaqcadan məlumatlı olduğunu inkar edib. Gülən deyib ki, ona rəğbət bəsləyənlərin çox cüzi bir kəsimi ilə tanışdır - ona görə də tərəfdarlarını çevriliş cəhdində potensial iştirakı haqda danışa bilməz.

"Bu cəhddə bulunanların müxtəlif səbəbləri ola bilər. Onlar müxalifət tərəfdarları ola bilərlər. Onlar millətçi ola bilərlər. Hər şey ola bilər," deyə 15 ildir Amerikada yaşayan Gülən tərcüməçi vasitəsilə müxbirlərə bldirib.

Yaşı 70-lərdə olan Gülən hətta çevriliş baş tutsaydı belə "təqib və təhdidlər” üzündən Türkiyəyə qayıtmış olmayacağını bəyan edib.

"Bura sakit və təmiz yerdir,” deyə yaşadığı Pennsilvaniyadakı yaşıl meşələrlə dolu mühiti təsvir edib. "Və mən burada azad yaşamaqdan məmnunam.” O, sonra əlavə edib: "Vətən həsrəti ürəyimi yandırır, amma azadlıq da eyni dərəcədə mühümdür.”

Şənbə günü Gülənin Saylorsburg qəsəbəsindəki evi qarşısında Ərdoğan tərəfdarları etiraz aksiyası təşkil ediblər.

Sabiq siyasi müttəfiqlər olmuş Ərdoğan və Gülən arasında münasibətlər ötən illərdə pozulub. Buna səbəb kimi Gülən Ərdoğanın ölkədə siyasi azadlıqlara basqılarını əsas gətirib. (Azadliq.org)

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp və Zelenskinin görüş tarixi məlum olub
Dünya 08:55
Tramp və Zelenskinin görüş tarixi məlum olub
ABŞ-da qar səbəbindən 1600-dən çox uçuş ləğv edilib
Dünya 08:53
ABŞ-da qar səbəbindən 1600-dən çox uçuş ləğv edilib
Naməlum şəxs Paris metrosunda qadınlara bıçaqla hücum edib
Dünya 23:35
Naməlum şəxs Paris metrosunda qadınlara bıçaqla hücum edib
Tramp, Zelenski və Aİ liderlərinin onlayn görüşü keçiriləcək
Dünya 22:30
Tramp, Zelenski və Aİ liderlərinin onlayn görüşü keçiriləcək
Malatyada Yeni ildə terror aktı hazırlayan İŞİD üzvü saxlanılıb
Dünya 22:02
Malatyada Yeni ildə terror aktı hazırlayan İŞİD üzvü saxlanılıb
Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək
Dünya 21:25
Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək
Türkiyə XİN Suriyadakı terroru pisləyib
Dünya 20:30
Türkiyə XİN Suriyadakı terroru pisləyib
İsraildə terror aktı olub, ölənlər və yaralananlar var
Dünya 20:07
İsraildə terror aktı olub, ölənlər və yaralananlar var
İsrail Somalilendin müstəqilliyini rəsmən tanıyan ilk ölkə olub
Dünya 19:00
İsrail Somalilendin müstəqilliyini rəsmən tanıyan ilk ölkə olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol