• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Ərdoğan: “Çərşənbə günü önəmli qərarlar açıqlanacaq”

Ərdoğan: “Çərşənbə günü önəmli qərarlar açıqlanacaq”
19.07.2016 15:01
"Çərşənbə günü Milli Təhlükəsizlik Şurası və Nazirlər Kabineti toplanacaq, önəmli qərarlar açıqlanacaq”.
 
APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İstanbulda vətəndaşlar qarşısında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib.
 
Ərdoğan bildirib ki, yaxın günlərdə ölkənin Ədliyyə nazirliyi müvafiq sənədləri hazırlayaraq Fətullah Gülənin ekstradisiyası ilə bağlı ABŞ-a rəsmi müraciət edəcək.
 
Ölüm cəzasının bərpası ilə bağlı Ərdoğan bildirib ki, xalq tərəfindən belə bir tələb irəli sürülübsə o zaman məsələyə parlamentdə baxılmalıdır: "Parlament edam qərarını qəbul etsə, mən onu təsdiq edəcəm. ABŞ-da ölüm cəzası yoxdurmu? Çində yoxdurmu? Ölüm cəzası yalnız Avropa İttifaqına üzv ölkələrdə yoxdur. Biz buna bir imza atdıq, doğrudur. Lakin bu imza necə atılıbsa, eləcə də geri götürülə bilər. Yetər ki parlamentimiz qərar versin”, deyə Ərdoğan bildirib.
 
Qeyd edək ki, Türkiyədə bu ilin 15 iyulunda hərbi çevrilişə cəhd olub. Cəhdin qarşısını almaq üçün meydanlarda toplaşanlar qiyamçıların cəzalandırılması üçün ölüm cəzasının bərpasını tələb edən şüarlar səsləndiriblər.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp və Zelenskinin görüş tarixi məlum olub
Dünya 08:55
Tramp və Zelenskinin görüş tarixi məlum olub
ABŞ-da qar səbəbindən 1600-dən çox uçuş ləğv edilib
Dünya 08:53
ABŞ-da qar səbəbindən 1600-dən çox uçuş ləğv edilib
Naməlum şəxs Paris metrosunda qadınlara bıçaqla hücum edib
Dünya 23:35
Naməlum şəxs Paris metrosunda qadınlara bıçaqla hücum edib
Tramp, Zelenski və Aİ liderlərinin onlayn görüşü keçiriləcək
Dünya 22:30
Tramp, Zelenski və Aİ liderlərinin onlayn görüşü keçiriləcək
Malatyada Yeni ildə terror aktı hazırlayan İŞİD üzvü saxlanılıb
Dünya 22:02
Malatyada Yeni ildə terror aktı hazırlayan İŞİD üzvü saxlanılıb
Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək
Dünya 21:25
Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək
Türkiyə XİN Suriyadakı terroru pisləyib
Dünya 20:30
Türkiyə XİN Suriyadakı terroru pisləyib
İsraildə terror aktı olub, ölənlər və yaralananlar var
Dünya 20:07
İsraildə terror aktı olub, ölənlər və yaralananlar var
İsrail Somalilendin müstəqilliyini rəsmən tanıyan ilk ölkə olub
Dünya 19:00
İsrail Somalilendin müstəqilliyini rəsmən tanıyan ilk ölkə olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol