• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Türkiyə və ABŞ müdafiə nazirləri Fətullah Gülənin ekstradisiyasını müzakirə edib

Türkiyə və ABŞ müdafiə nazirləri Fətullah Gülənin ekstradisiyasını müzakirə edib
20.07.2016 13:42
Türkiyənin milli müdafiə naziri Fikri Işık ilə ABŞ müdafiə naziri Eşton Karter arasında telefon danışığı olub. 

"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, F.Işık Türkiyə Silahlı Qüvvələrinin içərisindəki Fətullahçı terror təşkilatının (FETÖ) bir qrup üzvünün ölkəsinin konstitusion quruluşuna, xalq tərəfindən seçilmiş prezidenti və hökumətinə qarşı hərbi çevrilişə cəhd göstərdiyini bildirib. O, ABŞ-a bu planın uğursuzluğa uğramasından sonra Türkiyəyə verdiyi dəstəyə və həmrəyliyə görə təşəkkür edib.  F.İşık deyib ki, ABŞ FETÖ-nun rəhbəri Fətullah Gülənə daha da mülayim davranmamalı, onu qısa müddətdə Türkiyəyə ekstradisiya etməlidir. Nazir hazırda ölkədə hər şeyin nəzarət altında olduğunu, "İncirlik" hərbi bazasına elektrik verilişində yaranmış texniki problemlərin də qısa müddətdə aradan qaldırılacağını vurğulayıb.

E.Karter isə öz növbəsində ABŞ hökumətinin Türkiyədə hərbi çevriliş cəhdinin qarşısının alınmasından məmnun olduğunu bildirib. O deyib ki, xalqın demokratik dəyərlərə və hüququn aliliyinə verdiyi dəstək təqdirəlayiqdir: "Fətullah Gülənin Türkiyə ekstradisiyası Pentaqonun səlahiyyətinə aid bir məsələ olmasa da, bununla bağlı həssaslığınızı başa düşürük. Bu məsələylə bağlı ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı olub. ABŞ Türkiyəyə hərtərəfli dəstək verməyə hazırdır". 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp və Zelenskinin görüş tarixi məlum olub
Dünya 08:55
Tramp və Zelenskinin görüş tarixi məlum olub
ABŞ-da qar səbəbindən 1600-dən çox uçuş ləğv edilib
Dünya 08:53
ABŞ-da qar səbəbindən 1600-dən çox uçuş ləğv edilib
Naməlum şəxs Paris metrosunda qadınlara bıçaqla hücum edib
Dünya 23:35
Naməlum şəxs Paris metrosunda qadınlara bıçaqla hücum edib
Tramp, Zelenski və Aİ liderlərinin onlayn görüşü keçiriləcək
Dünya 22:30
Tramp, Zelenski və Aİ liderlərinin onlayn görüşü keçiriləcək
Malatyada Yeni ildə terror aktı hazırlayan İŞİD üzvü saxlanılıb
Dünya 22:02
Malatyada Yeni ildə terror aktı hazırlayan İŞİD üzvü saxlanılıb
Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək
Dünya 21:25
Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək
Türkiyə XİN Suriyadakı terroru pisləyib
Dünya 20:30
Türkiyə XİN Suriyadakı terroru pisləyib
İsraildə terror aktı olub, ölənlər və yaralananlar var
Dünya 20:07
İsraildə terror aktı olub, ölənlər və yaralananlar var
İsrail Somalilendin müstəqilliyini rəsmən tanıyan ilk ölkə olub
Dünya 19:00
İsrail Somalilendin müstəqilliyini rəsmən tanıyan ilk ölkə olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol