• $ 1.7
  • € 1.9751
  • ₽ 0.02173
  • ₺ 0.0421
  • £ 2.282

​"SOCAR Polymer" yeni vakansiyalar elan edib

​
20.07.2016 17:38
"SOCAR Polymer" MMC 5 vəzifə üzrə vakansiya elan edib.

Şirkətdən "Report"a verilən məlumata görə, "SOCAR Polymer" MMC kompleks planlama meneceri, SƏTƏM meneceri, böyük istehsalat mühəndisi, texnoloq və zavodda növbə nəzarətçisi üzrə mütəxəssislər axtarır.

Kompleks planlama meneceri - texniki sahədə bakalavr dərəcəsinə, minimum 10 illik müvafiq təcrübəyə, ISO standartları sahəsində güclü biliklərə, güclü liderlik və təqdimat bacarıqlarına və digər keyfiyyətlərə malik olmalıdır.

SƏTƏM menecerindən texniki sahədə bakalavr dərəcəsi və 10 illik təcrübəyə malik olmaqla yanaşı, Sağlamlıq, Təhlükəsizlik, Ətraf mühitin idarə olunması sistemləri, ətraf mühit tullantıları, İnsidentin Komanda Sistemi, Tripod Beta Tool, SƏTƏM Audit üsulları, HEMP, Radioloji Təhlükəsizlik vasitəsilə insidentin araşdırılması sahəsində işçi biliklər də tələb olunur.

Böyük istehsalat mühəndisindən tələblər- texniki sahədə bakalavr dərəcəsi, minimum 10 illik praktiki iş təcrübəsi, rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi, istehsalat proses və konsepsiyalarına dair güclü biliklər və digər bacarıqlardır.

Texnoloqdan mühəndislik sahəsində bakalavr dərəcəsi, texnoloji layihələndirmə sahəsində minimum 3 illik iş təcrübəsi, güclü texniki və analitik biliklər, texnoloji layihələndirmə ilə əlaqəli standartlara dair biliklər və digər biliklər tələb olunur.

Növbə nəzarətçisi (Zavod)- mühəndislik sahəsində bakalavr dərəcəsi, minimum 10 illik praktiki iş təcrübəsi, rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi, istehsalat prosesi və konsepsiyalarına dair, eləcə də ISO standartları sahəsində güclü biliklərə və digər keyfiyyətlərə malik olmalıdır.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 11:54
"BakuBus" daha bir marşrut xəttinin istiqamətini dəyişdi
İran Mərkəzi Bankı Bakı və Tehran bankları arasında əməkdaşlıq təklif etdi
İqtisadiyyat 11:46
İran Mərkəzi Bankı Bakı və Tehran bankları arasında əməkdaşlıq təklif etdi
Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır
İqtisadiyyat 11:42
Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır
Ət bahalaşdı – VİDEO
İqtisadiyyat 11:41
Ət bahalaşdı – VİDEO
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
İqtisadiyyat 11:34
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
Dolların ucuzlaşmasının səbəbləri açıqlandı
İqtisadiyyat 11:28
Dolların ucuzlaşmasının səbəbləri açıqlandı
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
İqtisadiyyat 11:17
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol