• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Türkiyədəki fövqəladə vəziyyət yerli aviaşirkətlərin işinə təsir edəcək?

Türkiyədəki fövqəladə vəziyyət yerli aviaşirkətlərin işinə təsir edəcək?
21.07.2016 11:20
Türkiyədə fövqəladə vəziyyətin elan olunması Azərbaycandan Türkiyəyə uçuşlar həyata keçirən aviaşirkətlərin işinə təsir etməyəcək. 

"Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) "Report”a verilən məlumata görə, sözügedən istiqamətdə aviareyslərdə heç bir dəyişiklik yoxdur: 

"Türkiyədə fövqəladə vəziyyət elan ediləndən sonra da bu istiqamətdə olan bütün aviareyslər əvvəlki qaydada həyata keçiriləcək”.

"Türk Hava Yolları” (THY) şirkətinin Bakı ofisinin müdiri Seyfullah İlyas isə bildirib ki, şirkət uçuşları adi qaydada davam etdirəcək: 

"Dövlət başçımızın da qeyd etdiyi kimi, hazırda Türkiyədə sabitlik bərpa olunub və heç bir ciddi təhlükə olmadığı üçün Azərbaycandan Türkiyəyə olan reyslərimiz əvvəlki qrafikə uyğun həyata keçiriləcək”.

Qeyd edək ki, Türkiyədə dövlət çevrilişinə cəhddən sonra 3 ay müddətinə fövqəladə vəziyyət elan olunub. Bunu Türkiyənin Milli Təhlükəsizlik Şurası və Nazirlər Kabinetinin iclasından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Fövqəladə hal elanının qətiyyən demokratiyaya, hüquqa, azadlıqlara qarşı olmadığını deyən Ərdoğan, bunun, tam əksinə, sözügedən dəyərləri qorumaq və gücləndirmək məqsədi ilə edildiyini vurğulayıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp və Zelenskinin görüş tarixi məlum olub
Dünya 08:55
Tramp və Zelenskinin görüş tarixi məlum olub
ABŞ-da qar səbəbindən 1600-dən çox uçuş ləğv edilib
Dünya 08:53
ABŞ-da qar səbəbindən 1600-dən çox uçuş ləğv edilib
Naməlum şəxs Paris metrosunda qadınlara bıçaqla hücum edib
Dünya 23:35
Naməlum şəxs Paris metrosunda qadınlara bıçaqla hücum edib
Tramp, Zelenski və Aİ liderlərinin onlayn görüşü keçiriləcək
Dünya 22:30
Tramp, Zelenski və Aİ liderlərinin onlayn görüşü keçiriləcək
Malatyada Yeni ildə terror aktı hazırlayan İŞİD üzvü saxlanılıb
Dünya 22:02
Malatyada Yeni ildə terror aktı hazırlayan İŞİD üzvü saxlanılıb
Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək
Dünya 21:25
Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək
Türkiyə XİN Suriyadakı terroru pisləyib
Dünya 20:30
Türkiyə XİN Suriyadakı terroru pisləyib
İsraildə terror aktı olub, ölənlər və yaralananlar var
Dünya 20:07
İsraildə terror aktı olub, ölənlər və yaralananlar var
İsrail Somalilendin müstəqilliyini rəsmən tanıyan ilk ölkə olub
Dünya 19:00
İsrail Somalilendin müstəqilliyini rəsmən tanıyan ilk ölkə olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol