Gənc Tamaşaçılar Teatrının aktyoru Moskvada oxuyacaq - FOTOLAR

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktyoru Vüsal Mehrəliyev Moskvada fəaliyyət göstərən Boris Şukin adına Teatr İnstitutuna daxil olub.
Teatrın mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, bir neçə mərhələdən uğurla keçən aktyorumuz təhsil müəssisəsinin "teatr rejissorluğu” fakültəsinə qəbul edilib.
Məlumat üçün bildirək ki, bu təhsil ocağı həvəskar teatr studiyası kimi 1914-cu il oktyabr ayının 23-də fəalliyyətə başlayıb və Yevgeni Vaxtanqovun adını daşıyıb. Müxtəlif illərdə Y.Vaxtanqov adına Moskva Dramatik studiyası, orta teatr təhsil müəssisəsi, ali təhsil müəssisəsi, B.V.Şukin adına Ali Teatr məktəbi və nəhayət 2002-ci ildən B.Şukin adına Teatr İnstitutu adlandırılıb. İnstitutun əksər məzunlarının məşhurlaşmalarının əsas səbəbi burada çalışan peşəkar teatr xadimləri və bu təhsil ocağının tədris metodlarıdır.




www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər