Türkiyə Prezidenti müxalifət liderlərini qəbul edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baş nazir Binali Yıldırımı, Cümhuriyyət Xalq Partiyası və Milliyətçi Hərəkat Partiyasının liderləri Kamal Kılıçdaroğlu və Dövlət Bahçelini qəbul edib.
Trend-in "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, görüşdə Prezident hərbi çevrilişə cəhd zamanı dövlətə verdikləri dəstəyə görə müxalifətçi liderlərə təşəkkür edib.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Nəticədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox