• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Ərdoğan: “Türk xalqı ölüm cəzasının bərpasını istəyir”

Ərdoğan: “Türk xalqı ölüm cəzasının bərpasını istəyir”
26.07.2016 16:21
Avropa İttifaqı narahatdır ki, Türkiyə hökuməti ölüm cəzasının bərpası ilə, baş tutmamış çevrilişin iştirakçılarından qisas almağa hazırlaşır
Türkiyə prezidenti Recep Tayyip Erdoğan Almaniyanın ARD televiziyasına müsahibəsində deyib ki, Türkiyə xalqı ölüm cəzasının bərpasını istəyir və ölkəni idarə edənlər xalqı dinləməlidirlər.

Bundan az əvvəl Avropa rəsmiləri bildirmişdilər ki, Türkiyə ölüm cəzasını bərpa edərsə, bu ölkənin Avropa İttifaqına üzvlük danışqıları prosesi dərhal dayandırılacaq.

"Bu gün türk xalqı nə deyir? – deyə sual edib Erdoğan ARD telekanalına müsahibədə, - Onlar ölüm cəzasının yenidən tətbiq olunmasını istəyirlər və biz də hökumət kimi xalqın dediyinə qulaq asmalıyıq, Biz deyə bilmərik ki, "yox, sizin dediyiniz bizi maraqlandırmır…”

Bundan əvvəl Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker demişdi ki, Türkiyə ölüm cəzasının bərpası barədə qərar qəbul edərsə, Ankaranın Avropa İttifaqı ilə danışıqlarına dərhal son qoyulacaq.

Buna cavab olaraq Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib ki, "Juncker Türkiyənin rəhbəri deyildir”.

Türkiyə hökuməti bildirir ki, son günlər hökuməti dəstəkləyən izdihamlı mitinqlərdə baş tutmamış çevriliş iştirakçılarına tətbiq edilmək üçün ölüm cəzasının bərpası tələbləri tez-tez səslənir. (Azadliq.org)

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Naməlum şəxs Paris metrosunda qadınlara bıçaqla hücum edib
Dünya 23:35
Naməlum şəxs Paris metrosunda qadınlara bıçaqla hücum edib
Tramp, Zelenski və Aİ liderlərinin onlayn görüşü keçiriləcək
Dünya 22:30
Tramp, Zelenski və Aİ liderlərinin onlayn görüşü keçiriləcək
Malatyada Yeni ildə terror aktı hazırlayan İŞİD üzvü saxlanılıb
Dünya 22:02
Malatyada Yeni ildə terror aktı hazırlayan İŞİD üzvü saxlanılıb
Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək
Dünya 21:25
Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək
Türkiyə XİN Suriyadakı terroru pisləyib
Dünya 20:30
Türkiyə XİN Suriyadakı terroru pisləyib
İsraildə terror aktı olub, ölənlər və yaralananlar var
Dünya 20:07
İsraildə terror aktı olub, ölənlər və yaralananlar var
İsrail Somalilendin müstəqilliyini rəsmən tanıyan ilk ölkə olub
Dünya 19:00
İsrail Somalilendin müstəqilliyini rəsmən tanıyan ilk ölkə olub
Rusiya ordusu Xarkova zərbə endirib, ölən və yaralananlar var
Dünya 18:50
Rusiya ordusu Xarkova zərbə endirib, ölən və yaralananlar var
Türkiyədə terror planlaşdıran şəxssaxlanılıb
Dünya 14:28
Türkiyədə terror planlaşdıran şəxssaxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol