• $ 1.7
  • € 1.7845
  • ₽ 1.97
  • ₺ 0.0466
  • £ 2.1491

Cənuba doğru - Yardımlıya səyahət - FOTOREPORTAJ

Cənuba doğru - Yardımlıya səyahət  - FOTOREPORTAJ
26.07.2016 16:34
Rüstəm Qasımov

Bu gün biz sizinlə Azərbaycanın cənub bölgəsinə, Masallı, Yardımlı, Lerik, Astara, və Lənkəran kimi rayonların yerləşdiyi regiona səfər edəcəyik. Subtropik iqlim sayəsində burada nəinki müxtəlif növ bitkilər, o cümlədən bir çox sitrus meyvələr yetişir. Ancaq bizim bu dəfəki əsas məqsədimiz başqadır: regionun gəzməli, görməli yerlərində olmaq. 

Yardımlıda yerləşən 34 metr hündüyündəki Təkdəm şəlaləsi regionun gözəlliklərindən biridir. Amma bura gələnəcən biz əvvəlcə Masallıya baş çəkdik. Masallıdan 13 kilometr aralıda yerləşən İstisu isə çoxlarına tanışdır. Viləş çayının sahilində yerləşən bu mineral suyun temperaturu  60 selsi dərəcədən çoxdur, yerli əhali bu suyu möcüzəvi adlandırır, o, bir çox dərdlərin dərmanıdır, onun tərkibində bir çox faydalı elementlər mövcuddur, hər litrində isə təqribən 30 milliqram yod var. İstisuda müalicəsi vannalar da fəaliyyət göstərir. Bu gözəl məkanda çoxlu kafelər fəaliyyət göstərir, siz burada cibinizə uyğun çox gözəl təamlardan dada bilərsiniz. Bundan sonra biz Yardımlıya, Təkdəm şəlaləsinə doğru irəliləməyə başladıq, İstisudan Təkdəmə təxminən 10 kilometr yol var. Beləliklə, Azərbaycanın cənub bölgəsinə səyahətimiz boyunca çəkdiyimiz fotoları təqdim edirik. 

Xoş seyrlər: 
 

























www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Məşhur Şəki karvansarayı - FOTOREPORTAJ
Mədəniyyət 11:49
Məşhur Şəki karvansarayı - FOTOREPORTAJ
Viktoriya və Albert muzeyinin heykəltaraşlıq zalı -FOTOREPORTAJ
Mədəniyyət 11:46
Viktoriya və Albert muzeyinin heykəltaraşlıq zalı -FOTOREPORTAJ
İki rəssam dostun sərgisi - REPORTAJ
Mədəniyyət 09:40
İki rəssam dostun sərgisi - REPORTAJ
İstanbul küçələrində qraffitilər - FOTO
Mədəniyyət 09:38
İstanbul küçələrində qraffitilər - FOTO
İstanbulun keramika muzeyinin təmtəraqlı kolleksiyası - FOTO
Mədəniyyət 09:05
İstanbulun keramika muzeyinin təmtəraqlı kolleksiyası - FOTO
Etibar Əsədli: “Mən Azərbaycan musiqisini dünya miqyasında görmək istəyirəm” – MÜSAHİBƏ
Mədəniyyət 08:33
Etibar Əsədli: “Mən Azərbaycan musiqisini dünya miqyasında görmək istəyirəm” – MÜSAHİBƏ
Aynurə Mustafayeva: “Rəssamlıq həyatımın məqsədinə çevrilib” – MÜSAHİBƏ
Mədəniyyət 03:36
Aynurə Mustafayeva: “Rəssamlıq həyatımın məqsədinə çevrilib” – MÜSAHİBƏ
Bakıda Fərəh Əliyevanın müəllif kuklaları sərgisi açılıb - FOTOLAR
Mədəniyyət 03:30
Bakıda Fərəh Əliyevanın müəllif kuklaları sərgisi açılıb - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol