Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı iki səfir işdən çıxarılıb
Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı iki səfir işdən çıxarılıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, onlardan biri 2012-2014-cü illərdə Türkiyənin Kanadadakı fövqəladə və səlahiyyətli səfiri olmuş Tuncay Babalıdır.
Digəri isə Türkiyənin UNESCO yanında daimi nümayəndəsi olmuş səfir Gürcan Balıkdır. Bu şəxs eyni zamanda vaxtilə Türkiyənin 11-ci prezidenti Abdullah Gül və sabiq xarici işlər naziri Əhməd Davudoğlunun müşaviri vəzifələrində də çalışıb.
Hazırda onların hər ikisi Türkiyə Xarici İşlər Nazirliyində çalışırdı.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox