• $ 1.7
  • € 1.7845
  • ₽ 1.97
  • ₺ 0.0466
  • £ 2.1491

“Panama Papers” qalmaqalı Hollywood filminə çevrilir

“Panama Papers” qalmaqalı Hollywood filminə çevrilir
28.07.2016 12:12
"Panama Papers” qalmaqalı Hollywood filminə çevrilir

"Panama Papers” maliyyə qalmaqalı axır ki, Hollywooda yol tapıb. "Reuters” bildirir ki, iki alman araşdırmaçı jurnalistin kitab halına saldığı araşdırmalar yaxınlarda "Netflix” film şirkəti tərəfindən tanınmış prodüsser John Wells-in başçılığı ilə filmə çevriləcək.

Bu həmin mövzuda çəkilmiş 4-cü film olacaq və aprel ayında Panamada yerləşən "Mossack Fonseca” hüquq şirkətinin vasitəsilə dünyanın müxtəlif yerlərində vergidən yayındırılan pulların anonim şirkətlərin köməyi ilə oğurlanmasını sübut edən sənədlərin yayılmasından sonra rejissorların diqqətini çəkməkdədir.

Bu ayın əvvəlləri amerikalı rejissor Steven Soderbergh də jurnalist Jake Bernstein-in çapa hazırlanan "Dünyanın sirrləri” adlı başqa bir kitabın əsasında "Panama qalmaqalı” haqda film çəkəcəyini bildirmişdi.

"Netflix” şirkəti bildirib ki, alman jurnalistləri Frederik Obermaier və Bastian Obermayer-in yazılarından ibarət, iyun ayında çıxmış "Panama Papers: Dünyanın varlı və güclü adamlarının pullarını harda gizlətdiyinin aşkarlanması” adlı kitablarının müəlliflik hüququnu artıq alıb.

"Netflix” təmsilçisi Ted Sarandos bildirib ki: Film "macəravi əhvalatları əks etdirəcək”. "Panama Papers” layihəsində çalışmış beynəlxalq jurnalistlər konsorsiumunun üzvləri də film üzərində işləyəcək. (Azadliq.org)

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Mədəniyyət 23:44
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək
Mədəniyyət 16:21
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək
Şamil Buksayev vəfat edib
Mədəniyyət 23:30
Şamil Buksayev vəfat edib
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir  – FOTOLAR
Mədəniyyət 18:16
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir – FOTOLAR
Xalq yazıçısı Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
Mədəniyyət 13:26
Xalq yazıçısı Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
TƏBİB müşavirə keçirib
Cəmiyyət 21:00
TƏBİB müşavirə keçirib
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
Mədəniyyət 13:36
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Mədəniyyət 18:07
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Mədəniyyət 18:18
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol