• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Avropa Liqası: "Lill” – “Qəbələ” - 1:1

Avropa Liqası:
28.07.2016 23:02
"Qəbələ” Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, "qırmızı-qaralar” Fransanın "Lill” klubu ilə qarşılaşıb.
 
Roman Qriqorçukun yetirmələri çətin Fransa sınağından heç-heçə ilə ayrılmağı bacarıblar – 1:1. Səfərdə oynayan təmsilçimiz mövsümün əvvəlki 4 görüşündə göstərdiyi məhsuldarlığı bu dəfə də davam etdirib.
 
Bütün matçlarda qol sevinci yaşayan "Qəbələ” bu dəfə hesabı 13-cü dəqiqədə açıb. Nika Kvekveskirinin ötürməsindən sonra Vitali Vernidub meydan sahiblərini məyus edib. Fransalılar yalnız ikinci yarıda hesabı bərabərləşdirib. Fasilədən az sonra Rayan Mendeş fərqlənib.
 
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 4-də Bakıda keçiriləcək.
 
Avropa Liqası
III təsnifat mərhələsi
İlk oyun
28 iyul
 
"Lill” (Fransa) – "Qəbələ” (Azərbaycan) - 1:1
Qol: Vitali Vernidub, 12, Mendeş, 47
Baş hakim: Daniel Stefanski
Lill. "Metropol” stadionu

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cavid Qurbanova daha bir vəzifə
İdman 12:16
Cavid Qurbanova daha bir vəzifə
Avropa Liqası:
İdman 23:02
Avropa Liqası: "Lill” – “Qəbələ” - 1:1
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol